Ekspert: "Nazarbayevin əsasını qoyduğu xarici siyasi kurs onun xələfləri tərəfindən davam etdiriləcək"


Siyasət 25 Mar 2019 17:07:00 227 0

Ekspert: "Nazarbayevin əsasını qoyduğu xarici siyasi kurs onun xələfləri tərəfindən davam etdiriləcək"

Nursultan Nazarbayevin Qazaxıstan Prezidenti vəzifəsindən istefa verməsi onun bütün siyasi kursu kimi müdrik və uzaqgörən addımdır.

Son.az xəbər verir ki, bunu Trend-ə Bakı Politoloqlar Klubunun rəhbəri, siyasət elmləri namizədi Zaur Məmmədov deyib.

Ekspert bildirib ki, N.Nazarbayev hər zaman beynəlxalq və regional əhəmiyyətli məsələlərdə prinsipial mövqə nümayiş etdirib:

"Eyni zamanda, Qazaxıstan rəhbəri Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın ədalətli mövqeyini, ərazi bütövlüyünü və Azərbaycan sərhədlərinin toxunulmazlığını KTMT və Avrasiya İqtisadi Birliyi kimi təşkilatlarda dəstəkləyib. Bizim üçün Qazaxıstanın xarici siyasətinin Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi kimi tanınması prinsipi üzərində qurulması çox vacibdir".

Z.Məmmədovun sözlərinə görə, Azərbaycanla Qazaxıstan arasında bütün sahələrdə sıx əməkdaşlıq formalaşıb:

"Ölkələr arasında enerji və nəqliyyat əməkdaşlığı möhkəmlənir. Buraya Avropa-Qafqaz-Çin (TRACECA), Trans-Xəzər nəqliyyat marşrutu (Çin-Türkiyə-Avropa), Bakı-Tbilisi-Qars və digər layihələri əlavə edə bilərik".

O xatırladıb ki, N.Nazarbayev ümummilli lider Heydər Əliyevlə birgə Azərbaycan-Qazaxıstan münasibətlərinin əsasını qoyub: "Ümidvaram ki, Nazarbayevin qoyduğu kurs onun xələfləri tərəfindən davam etdiriləcək".