Ekspert: Nazarbayevin əsasını qoyduğu xarici siyasi kurs onun xələfləri tərəfindən davam etdiriləcək


Digərləri 25 Mar 2019 16:43:00 172 0

Ekspert: Nazarbayevin əsasını qoyduğu xarici siyasi kurs onun xələfləri tərəfindən davam etdiriləcək

Nursultan Nazarbayevin Qazaxıstan Prezidenti vəzifəsindən istefa verməsi onun bütün siyasi kursu kimi müdrik və uzaqgörən addımdır.

Bakı. Mətanət Nəsibova - Nursultan Nazarbayevin Qazaxıstan Prezidenti vəzifəsindən istefa verməsi onun bütün siyasi kursu kimi müdrik və uzaqgörən addımdır. Bunu Trend-ə Bakı Politoloqlar Klubunun rəhbəri, siyasət elmləri namizədi Zaur Məmmədov deyib. Ekspert bildirib ki, N.Nazarbayev hər zaman beynəlxalq və regional əhəmiyyətli məsələlərdə prinsipial mövqə nümayiş etdirib: “Eyni zamanda, Qazaxıstan rəhbəri Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın ədalətli mövqeyini, ərazi bütövlüyünü və Azərbaycan sərhədlərinin toxunulmazlığını KTMT və Avrasiya İqtisadi Birliyi kimi təşkilatlarda dəstəkləyib. Bizim üçün Qazaxıstanın xarici siyasətinin Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi kimi tanınması prinsipi üzərində qurulması çox vacibdir”.