Süd və süd məhsulları alarkən diqqətli olun!


Digərləri 25 Mar 2019 16:33:43 235 0

Süd və süd məhsulları alarkən diqqətli olun!

Süd və süd məhsulları insanların geniş istifadə etdiyi əvəzsiz qidalardandır.

Son.az-ın Qida Təhlükəsizliyi Agentliyinin apardığı araşdırmalara istinadən verdiyi məlumata görə, süd yaxşı stimulyatordur və orqanizmə daxil olan başqa qida maddələrinin mənimsənilməsini artırmağa köməklik edir.

Açıq şəraitdə satılan süd məhsulları gigiyenik baxımdan insan orqanizmində zərərli xəstəliklərə səbəb ola bilər. Ona görə də süd və süd məhsulları alarkən qablaşdırmanın üzərində aşağıdakı məlumatların olduğuna diqqət etmək lazımdır:

- istehsalçı müəssisənin adı və ünvanı, - məhsulun adı; - yağın kütlə payı; - əmtəə nişanı; - məhsulun xalis çəkisi; - istifadə tarixi; - tərkibi; - istifadə edilməsi barədə məlumatlar; - saxlanılma müddəti və şəraiti; - standartın nömrəsi və s.