Bakıda kompüter oyunları salonundan oğurluq edən qrupun bir üzvü saxlanıldı


Kriminal 25 Mar 2019 16:15:00 223 0

Bakıda kompüter oyunları salonundan oğurluq edən qrupun bir üzvü saxlanıldı

Paytaxtda kompüter oyunları salonundan oğurluq edən qrupun bir üzvü saxlanılıb.

Daxili İşlər Nazirliyindən Son.az-a verilən məlumata görə, Nəsimi rayon Polis İdarəsinin 19-cu Polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki kompüter oyunları salonlarının birindən 2845 manat dəyərində kompüter və aksesuarlar oğurlamaqda şübhəli bilinən qrupun üzvü Bakı şəhər sakini Ə.Zeynallı saxlanılıb.

O, əvvəllər məhkum həyatı yaşayıb.