Tanınmış marketdə malların kassada başqa qiymətə satılması ilə bağlı açıqlama FOTO


Digərləri 25 Mar 2019 16:10:00 224 0

Tanınmış marketdə malların kassada başqa qiymətə satılması ilə bağlı açıqlama  FOTO

"Veysəloğlu" Şirkətinə daxil olan "Araz" market vətəndaşların cibindən belə oğurluq edir. "Araz" marketdən heç nə almayın".

Bunlar sosial şəbəkədə çoxminli izləyicisi olan səhifə tərəfindən paylaşılıb. Yayılan məlumatda qəbzlərin fotoşəkli öz əksini tapıb. Məlumatda qeyd olunur ki, "Gillette" vitrində 60 qəpik göstərilir, amma kassada 69 qəpik vurur, "Səba" toyuğu 1.120 qram olsa da, kassada 1.978 qramdan hesablanır, "Korovka" şokolad vitrində 1.32 qəpik olsa da, kassada 1.51 qəpikdən hesablanıb.

Son.az bildirir ki, məsələ ilə bağlı bizimyol.info-ya açıqlama verən "Araz" marketlər şəbəkəsinin İctimaiyyətlə əlaqələr üzrə mütəxəsisi Billurə Əmirova bildirib ki, yayılan bu məlumat qərəzlidir və köhnə, vaxtilə araşdırılaraq aydınlıq gətirilən məlumatları paylaşaraq çaşqınlıq yaratmağa çalışırlar: "Arzu edərdim ki, qərəzli deyil daha real olaraq, nöqsanlarımızı göstərsinlər. Biz səhvlərimizdən dərs çıxarmağı bacarırıq. Paylaşımdakı qəbzlərin tarixinə baxsaq görərik ki, 3-4 il bundan öncəki qəbzlərdir. Həmin zamanlarda da buna aydınlıq gətirilib, məsələ ciddi şəkildə araşdırılıb.

İlk öncə onu qeyd edim ki, müştərilərimiz bu kimi yaşanan hallarla bağlı dərhal bizim qaynar xəttlərimizə müraciət edə bilərlər, biz isə öz növbəmizdə müştərinin həmin məhsulu göstərilən ən ucuz qiymətə əldə etməsinə yardımçı olarıq.

Qiymət fərqinin olması ilə bağlı onu qeyd etmək istərdim ki, marketlərimizdə gündəlik, aylıq, vaxtaşırı endirim kampaniyaları olur, qiymətlər endirilir. Sonradan qiymət əvvəlki vəziyyətə qaldırılan zaman həmin məhsulların üzərindəki qiymətlərin də ona uyğun yapışdırılması bəzən gecikir, bəzən diqqətdən yayınır. Çünki bu texnika ilə idarə olunmur ki, dərhal bir komanda ilə hamısı dəyişsin. Bunu da işçilər edirlər, bəzən gecikmələr olur. O zaman da vitrindəki məhsulun qiyməti ilə kompyuterdəki qiymətlər fərqlənir.