10 448 tənha ahıl və əlilliyi olan şəxs evlərində sosial xidmətlə təmin olunur


Digərləri 25 Mar 2019 15:53:00 235 0

10 448 tənha ahıl və əlilliyi olan şəxs evlərində sosial xidmətlə təmin olunur

Əmək qabiliyyətli qohumları və ya qanuni nümayəndələri ilə eyni yaşayış məntəqəsində yaşamayan, özünəqulluq qabiliyyəti olmayan və sosial xidmətə ehtiyac duyan tənha ahıllar və əlilliyi olan şəxslər (yoluxucu və ya ağır formalı ruhi xəstəlikləri olmadıqları halda) qanunvericiliyə uyğun olaraq, evlərində sosial xidmətlə təmin edilirlər.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Son.az-a verilən məlumata görə, hazırda nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun rayon (şəhər) şöbələrinin sosial xidmətçiləri 10 448 tənha ahıl və əlilliyi olan şəxsə evlərində sosial xidmət göstərirlər. Onlar həftədə azı iki dəfə olmaqla tənha ahıl və əlil şəxslərin evlərinə gəlir, ev təsərrüfatında təmizlik işləri aparılması, zəruri ərzaq, sənaye və məişət mallarının alınması, yemək hazırlanması və s. işlərdə köməklik edirlər.

Evlərində sosial xidmətlə təmin olunanlardan 85 faizə qədəri ahıllar (yaşı 70-dən yuxarı olanlar), qalanları əlilliyi olan şəxslərdir.