Azərbaycanlılardan İrandakı fəlakətlə bağlı mühüm addım


Digərləri 25 Mar 2019 14:46:00 244 0

Azərbaycanlılardan İrandakı fəlakətlə bağlı mühüm addım

Novruz bayramı günlərində İranın Türkmənsəhra bölgəsini sel bürüməsi və ölkə rəhbərliyinin bu məsələyə laqeyd qalması azərbaycanlı fəalları hərəkətə gətirib.

Son.az axar.az-a istinadən xəbər verir ki, Güney Azərbaycanın əksər şəhərlərində yardım toplama mərkəzləri təşkil olunub. Dövlətin yüksək rütbəli şəxsləri bölgəyə getmədiyi bir vaxtda Ərdəbil şəhərindən birinci yardım karvanı sel bölgəsinə göndərilib və bu istiqamətdə fəaliyyətlər davam edir.

Azərbaycanlı fəallar oxşar mərkəzləri Marağa, Urmiya, Zəncan, Sulduz, Xoy, Quşçu, Mərənd, Yamçı, Makı, Qoşaçay, Şot, Məlikan və s. kimi şəhərlərdə yaradıblar.