Keçmiş arvadının boğazını kəsən kişi Ali Məhkəməyə müraciət etdi


Digərləri 25 Mar 2019 14:18:00 206 0

Keçmiş arvadının boğazını kəsən kişi Ali Məhkəməyə müraciət etdi

Lənkəranda keçmiş həyat yoldaşını qətlə yetirməkdə təqsirli bilinən Həbibov Fərhad Zamanı oğlu Ali Məhkəməyə müraciət edib.

Son.az ölkə.az-a istinadən xəbər verir ki, təqsirləndirilən Fərhad Həbibovun müraciətinə aprel ayının 16-da hakim Gülzar Rzayevanın sədrliyi ilə keçirilən prosesdə baxılacaq.

Qeyd edək ki,hadisə 2015-ci ilin yanvarın 4-də Lənkəran rayonun Liman şəhərində qeydə alınıb.

Liman şəhər sakini, 1960-cı il təvəllüdlü Fərhad Zaman oğlu Həbibov ailə münaqişəsi zəminində həyat yoldaşı, 1965-ci il təvəllüdlü Zəminə Əliş qızı Həbibovanın boğaz, qarın və sağ bilək nahiyəsinə bıçaqla zərbələr vurub.