İspaniya Kralı Argentinada bir saat təyyarədə qaldı


Dünya 25 Mar 2019 13:56:00 188 0

İspaniya Kralı Argentinada bir saat təyyarədə qaldı

İspaniya Kralı VI Felipe və kraliça Letisiya Argentinaya səfər zamanı bir saata yaxın təyyarədən çıxa bilməyiblər.

Son.az Trend-ə istinadən bildirir ki, buna Buenos-Ayres hava limanında müvafiq hündürlükdə təyyarə trapının tapılmaması səbəb olub.

Qeyd olunur ki, Kralın olduğu "Airbus" təyyarəsi üçün gətirilən trapın hündürlüyü hava gəmisinin qapısına çatmayıb.