Gömrükdə avtomobillərdən 14 mobil telefon çıxdı (FOTO)


Digərləri 25 Mar 2019 13:20:52 260 0

Gömrükdə avtomobillərdən 14 mobil telefon çıxdı (FOTO)

2 fakt üzrə 14 ədəd mobil telefonun qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsinin qarşısını alıb.

Bakı. Samir Əli - Qərb Ərazi Baş Gömrük İdarəsinin əməkdaşları 2 fakt üzrə 14 ədəd mobil telefonun qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsinin qarşısını alıb. Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Trend-ə bildirilib ki, İdarənin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan əməliyyat məlumatı əsasında "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşına məxsus "Kia Optima" markalı avtomobil saxlanılıb və sürücü şifahi sorğu-sual olunub. Sorğu-sual zamanı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gizlədilən və gömrük orqanına mütləq bəyan edilməli hər hansı predmetin olmadığını bildirib. Lakin yoxlama zamanı avtomobilin salonunda – ön oturacaqların arxa ciblərində gömrük orqanına bəyan olunmayan 1 ədəd "Samsung Galaxy A6", 1 ədəd "Samsung Galaxy A9", 1 ədəd "Samsung Galaxy J4+", 1 ədəd "Samsung Galaxy J6+", 1 ədəd "Samsung Galaxy J1 ace" və 1 ədəd "Huawei Y6" markalı, ümumilikdə 6 ədəd mobil telefon aşkarlanıb.