Son 100 ildə adını dəyişən ölkələr


Dünya 25 Mar 2019 13:01:00 240 0

Son 100 ildə adını dəyişən ölkələr

Coğrafi məkanlar müntəzəm şəkildə öz adını bu və ya digər səbəbdən dəyişir. Məsələn, Qazaxıstanın paytaxtı Astana şəhəri tarixdə 4-cü dəfə adını dəyişərək, bundan sonra Nur-Sultan adlanacaq.

Tək şəhərlər deyil, bütöv ölkələr də adını dəyişir. Sonuncu dəfə ötən il Makedoniya Respublikası Yunanıstanla çoxillik mübahisələrə son vermək və NATO-ya üzv olmaq üçün adını "Şimali Makedoniya Respublikası"na dəyişib.  

Son.az modern.az-a istinadən bu və ya digər səbəbdən adını dəyişmiş ölkələrin siyahısını təqdim edir.

Şri-Lanka/Seylon

Seylonu hələ XVI əsrdə portuqallar Şri-anka adlandırmışdılar. Bu toponim adada çoxluq təşkil edən "sinqal" xalqının adından yaranmışdı. Portuqallardan sonra Şri-Lankaya hollandlar, daha sonra isə britaniyalılar gəlmişdi. Buna baxmayaraq, ada öz adını dəyişməmişdi. 

Hind-Çin yarımadasının digər ölkələrindən fərqli olaraq, Şri-Lanka heç vaxt Böyük Britaniyaya nifrət etməmişdi. Çünki müstəmləkə dövründə ada ciddi iqtisadi inkişafa nail olmuşdu. 

1948-ci ildə Şri-Lanka Britaniya İmperiyasının tərkibində müstəqillik qazandı. 70-ci illərdə nəhayət Seylon adası Şri-Lankaya çevrildi. Əvvəlcə, "Şri-Lanka Respublikası" adlanan ölkə 1978-ci ildə "Şri-Lanka Demokratik Sosialist Respublikası" adlanmağa başladı. Buna rəğmən, istər Qərbdə, istərsə də Şri-Lankanın özündə "Seylon" adı geniş istifadə olunurdu.

2005-ci ildə Şri-Lankanın prezidenti Racapaksa seçildi. Dövr çox ağır idi: ölkədə sinqallar (ölkə əhalisinin 60%-i) ilə tamillər (əhalinin 10%-i) arasında müharibə gedirdi. Milli qarşıdurmanı dayandırmaq üçün prezident Racapaksa xalqları birləşdirmək üçün "Seylon" adından rəsmən imtina etdi.

Esvatini Krallığı/Svazilend

Daha bir toponim dəyişikliyi 2018-ci ilin aprelində Svazilend dövləti ilə bağlı olub. Belə ki, yerli dildə bu ad "svazilərin torpağı" anlamını verir. Lakin kral III Msvati Böyük Britaniyadan  müstəqil olmasının 50 illiyi münasibətilə ölkəsinin adını Esvatini Krallığına dəyişdi. O bunu Swaziland adının ingiliscə Switzerland (İsveçrə) adı ilə oxşar olmasını və xarici ölkə vətəndaşlarının bundan çaş-baş qalmasını əsas gətirmişdi.

İran/Persiya

İranlılar (arilər ölkəsi) öz ölkələrini qədimdən belə adlandırsalar da, sakinlərin çoxunu farslar təşkil edirdi. Hələ qədim yunanların Persiya adlandırdığı ölkə digər millətlər tərəfindən də belə adlandırılmışdı. 1935-ci ilə qədər Persiya adlansa da, Rza şah Pəhləvi ölkəni İran adlandırmağa başladı.