Daha bir kəndə təbii qaz verilib


Digərləri 25 Mar 2019 12:54:29 223 0

Daha bir kəndə təbii qaz verilib

İsmayıllı rayonunun daha bir kəndinə təbii qaz verilib.

Bakı. Elçin Mehdiyev - İsmayıllı rayonunun daha bir kəndinə təbii qaz verilib. SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, martın 25-də İsmayıllı rayonunun Qalacıq kəndinə ilk dəfə təbii qazın verilməsi kənd sakinlərinin böyük sevincinə səbəb olub. Bu münasibətlə keçirilən tədbirdə rayon İcra Hakimiyyətinin və “Azəriqaz” İB-nin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Bildirilib ki, 655 fərdi evdən ibarət olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 58 308 metr müxtəlif diametrli metal borularla daşıyıcı, paylayıcı və məhəllədaxili qaz xətləri çəkilib, mənzillərə sayğac və fərdi tənzimləyici quraşdırılıb.