ABŞda İsrail lobbi təşkilatının toplantısı başladı


Digərləri 25 Mar 2019 12:34:00 225 0

ABŞda İsrail lobbi təşkilatının toplantısı başladı

Vaşinqtonda Amerika İsrail Xalqlar Əlaqələr Komitəsinin (AİPAC) illik toplantısı işə başlayıb.

Son.az teleqraf.com-a istinadən xəbər verir ki, İsrailin ən böyük lobbi təşkilatı olan AİPAC-nin illik toplantısı 3 gün davam edəcək. Toplantıda 10 mindən çox insanın iştirakı planlaşdırılıb.

Konqresin Demokrat və Respublikaçı fraksiyalarının dəstəklədiyi toplantıda ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanıması və Qolan təpələrinin İsrail torpaqları sayılması, habelə İsrailin təhlükəsizliyi məsələlərinin müzakirəsi gözlənilir.