İranda benzin borusu yanır


Dünya 25 Mar 2019 12:06:00 235 0

İranda benzin borusu yanır

İranın cənubunda, Xuzistan vilayətindən paytaxt Tehrana benzinin nəql olunduğu borunun Şuş rayonundan keçən hissəsində yanğın baş verib.

Son.az Trend-ə istinadən bildirir ki, bunu İranın Xuzistan vilayəti Şuş rayon qubernatoru Adnan Qəzi İRNA-ya açıqlamasında deyib.

A.Qəzi bildirib ki, yerli vaxtla saat 09:30-da boru kəmərində çürümə və deşilmə səbəbindən partlayış baş verib.