Dünya çempionunun qardaşı yol qəzasında öldü


Digərləri 25 Mar 2019 11:33:00 215 0

Dünya çempionunun qardaşı yol qəzasında öldü

Boks üzrə dünya çempionu Ramil Hacıyevin qardaşı Şamil Hacıyev yol qəzasında ölüb.

Son.az avtosfer.az-a istinadən xəbər verir ki, Şamil Hacıyevin idarəetməsindən çıxan BMW markalı avtomobil əvvəlcə park edilmiş "Hyundai Sonata"ya sonra da havaya qalxaraq elektrik xəttinə çırpılaraq yanıb. Bu barədə "Vesti" qəzeti məlumat yayıb. Qəza Ukraynanın Odessa şəhərində baş verib.

Hadisə şahidlərinin bildirdiyinə görə, toqquşmadan sonra BMW hissələrə ayrılıb və parçaları 10 metrələrlə ətrafa saçılıb.

22 yaşlı sürücü Şamil Hacıyev və 33 yaşlı qadın sərnişin xəstəxanaya çatdırılsalar da onların həyatını xilas etmək mümkün olmayıb.

Videonu izləmək üçün şəklə klikləyin: