Keşişə 1 milyon dollar verildi


Dünya 25 Mar 2019 11:06:00 175 0

Keşişə 1 milyon dollar verildi

"Dünyanın ən yaxşı müəllimi" seçilən keniyalı keşiş Piter Tabiçiyə 1 milyon dollar təqdim olunub.

Son.az axar.az-a istinadən xəbər verir ki, sözügedən mərasim Dubayda keçirilib.

Tədbirdə Dubayın vəliəhd şahzadəsi Həmdan bin Məhəmməd bin Rəşid Al Məktum iştirak edib.

36 yaşlı Piter Tabiçi Keniyanın kənd orta məktəbində təbii elmlər üzrə fənnlərdən dərs deyir və maaşının böyük hissəsini kasıblara ayırır.