"Expressbank" aztəminatlı ailələrə bayram sevinci bəxş etdi


Digərləri 25 Mar 2019 11:09:00 214 0

"Expressbank" aztəminatlı ailələrə bayram sevinci bəxş etdi

"Expressbank" aztəminatlı ailələrə bayram sevinci bəxş etdi.

Bakı. Milli birlik və həmrəylik rəmzi olan Novruz bayramı münasibətilə Expressbank-ın əməkdaşları ənənəvi aksiya keçirdib. İki gün ərzində həyata keçirilən aksiyada bankın əməkdaşları Bakı və ətraf qəsəbələrdə yaşayan 40 aztəminatlı ailənin evinə bayram sovqatı çatdırıb. Aksiyada əsas məqsəd aztəminatlı ailələrin bayram əhvali-ruhiyyəsini daha da yüksəltmək idi. İnsanların bir-birinə yardım edərək bayram sevinci yaşatması ənənəsini davam etdirmək niyyətində olan "Expressbank" Korporativ Sosial Məsuliyyət çərçivəsində bundan sonra da müxtəlif sosial tədbirlər və layihələr həyata keçirməyi hədəfləyib.