TrampRusiya sövdələşməsi təsdiq olunmadı


Dünya 25 Mar 2019 11:00:00 211 0

TrampRusiya sövdələşməsi təsdiq olunmadı

ABŞ-ın xüsusi prokuroru Robert Müller Moskva ilə Donald Trampın seçki qərargahı arasında sözləşmənin olmadığını təsdiq edib.

Son.az Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, bu barədə Robert Müller tərəfindən aparılan araşdırmanın yekunu üzrə hazırlanan hesabatda qeyd olunub.

Bu sənəddə öz əksini tapan əsas fikirləri bazar günü eyni zamanda Baş Prokurorluq funksiyasını yerinə yetirən ABŞ-ın Ədliyyə Nazirliyi dərc edib.

Ədliyyə naziri Uilyam Barr bu fikirləri özündə əks etdirən məktubu Konqresin Senat və Nümayəndələr Palatasının hüquq komitələrinin rəhbərlərinə göndərib.