Pakistanda Novruz şənliyində Azərbaycan pavilyonuna xüsusi maraq olub (FOTO)


Digərləri 25 Mar 2019 10:55:10 195 0

Pakistanda Novruz şənliyində Azərbaycan pavilyonuna xüsusi maraq olub (FOTO)

İslamabadda “Novruz 2019” adlı tədbir keçirilib.

Bakı. Azərbaycanın Pakistandakı səfirliyinin və Pakistanın da daxil olduğu Novruz bayramını qeyd edən ölkələrdən 9-nun səfirliklərinin təşkilatçılığı ilə İslamabadda “Novruz 2019” adlı tədbir keçirilib. Azərbaycan səfirliyindən Trend-ə verilən məlumata görə, Pakistan Prezidenti Arif Alvinin ali qonaq qismində təşrif buyurduğu, Pakistan Xarici İşlər Nazirliyinin məsul əməkdaşları, xarici ölkələrin Pakistandakı səfirləri, diplomatlar, ictimaiyyət nümayəndələri və media mənsublarının qatıldığı tədbirdə təmsil olunan Azərbaycanın Pakistandakı səfirliyi ölkəmizin mədəniyyətini, milli və mənəvi dəyərlərini, habelə mətbəxini təcəssüm etdirən nümunələri təqdim edib. Tədbirdə Azərbaycan həqiqətlərinə dair, Azərbaycanın sosial-iqtisadi tərəqqisini, inkişafını özündə əks etdirən müxtəlif əyani materiallar da sərgilənib, həmçinin xüsusi mədəni proqram çərçivəsində milli musiqi və rəqslərimiz milli geyimdə olan uşaqlarımız tərəfindən ifa edilərək tamaşıçılara təqdim olunub. Pakistan Prezidenti və digər qonaqlar Azərbaycan səfirliyinin və digər ölkələrin səfirliklərinin pavilyonlarını ziyarət ediblər.