Dinozavrlardan daha qədim


Digərləri 25 Mar 2019 09:43:00 209 0

Dinozavrlardan daha qədim

Paleontoloqlar uzun illərin araşdırmasından sonra yer üzündə milyonlarla illər öncə yaşamış sirli məxluq aşkar ediblər. 

Son.az Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, stiloforan (stylophoran), adlı bu məxluqu hələ 19-cu əsrin ortalarında daşlaşmış torpaqda aşkar edirlərmiş.

Alimlər uzun müddət onun təkamüldə hansı yeri tutduğunu müəyyən edə bilməyiblər. Ancaq bu yaxınlarda Mərakeş yaxınlığında bu varlığın tam izi, o cümlədən yumşaq toxumaları aşkar edilib.