Bir nəfərin auditoriyada 150 adamı öyrətmək dövrü bitmək üzrədir Uğur hekayəsi FOTO


Digərləri 25 Mar 2019 07:22:00 231 0

Bir nəfərin auditoriyada 150 adamı öyrətmək dövrü bitmək üzrədir  Uğur hekayəsi  FOTO

Rəvan Həsənov: "30 yaşımda bu mərkəzin rəhbəri olmaq kimi planım yox idi" 

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

Bəhanələri qəbul etmir, deyir ki, bu, insanın vaxtını alır, yaxşı da nəticəsi olmur. Müsahibimiz Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənovdur.

- Rəvan bəy, müsahibədən öncə qeyd etdiniz ki, tələbəlik illərindən öz sahənizdə təcrübə yığmaq üçün çalışmaqda maraqlı olmusunuz. Məncə, elə söhbətə də bununla başlayaq...

- 2007-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsinə daxil oldum, 2011-ci ildə fərqlənmə ilə başa vurdum. Oxuduğum müddətdə praktiki fəaliyyətə üstünlük verməyə çalışırdım. 3-cü kursdan sonra prokurorluq orqanlarında, məhkəmə sistemində təcrübəyə çox yer verməyə çalışdım. Əsasən cinayət hüququ sahəsində ixtisaslaşmağa üstünlük versəm də, ümumi olaraq Azərbaycan qanunvericiliyini mükəmməl öyrənməyə fokuslanmışdım. Hüququ, yaşadığı ölkənin qanunlarını bilən insanların məncə, gələcəkdə səhv etmək imkanları məhdudlaşır. Ən azından, daxili hissiyyat buna imkan vermir.

- Sonra magistr təhsili üçün Almaniyaya getmisiniz. Orda təhsil aldığınız müddətdə təcrübə cəhətdən burdakı kimi aktiv fəaliyyətiniz oldu?

- Bakıda hüquq fakültəsini bitirəndən sonra xarici universitetə daxil oldum. Azərbaycan qanunvericiliyinə görə xaricdə təhsil alanlara hərbi xidmətdən möhlət hüququ verilsə də, mən hərbi xidmətə getmək istədim. Hərbi xidmətdən sonra Almaniyada Postdam Universitetində hüquq fakültəsində cinayət hüquqi üzrə magistr təhsili aldım. Magistr təhsili müddətində də təcrübə proqramlarına üstünlük verməyə çalışdım. Orda mənim öyrənmək istədiyim əsas istiqamət Azərbaycan və Almaniya qanunvericiliyi arasında oxşar və fərqli cəhətlərini aydınlaşdırmaq, cinayət hüququnda problemli məsələlərin həlli ilə bağlı araşdırmalar aparmaq idi. Bununla bağlı Almaniyada iki kitabım işıq üzü gördü. Birincisi, Azərbaycan və Almaniyada banditizm cinayətlərinin araşdırılması, digəri isə məktəblərdə narkotiklərin yayılmasının cinayət hüquqi araşdırılması ilə bağlı idi. Hazırda üçüncü kitab üzərində işləyirəm, burda mövzu beynəlxalq terrorizmdir. Almaniyada da hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirdim.

- Təhsili başa vurandan sonra ölkəyə qayıtdınız?

- Bəli, mən tələbə vaxtı Postdam Universitetində mühazirələr deyirdim. Magistraturanı bitirəndən sonra doktorluq dərəcəsi üzrə Almaniyada qalmaq imkanım var idi, ancaq istədim ki, tezliklə əmək fəaliyyəti ilə məşğul olum, doktorluq fəaliyyətini daha sonra davam etdirim. Azərbaycana gəlməyi üstün tutdum. Bakıya qayıdanda 2015-ci il idi, ölkə başçısının fərmanı ilə Bakı Beynəlxalq Multkulturalizm Mərkəzi yeni yaradılmışdı və mən ilk olaraq ora iş üçün müraciət etdim.

- Niyə hüquq sahəsi üzrə işə müraciət etmədiniz?

- Multikulturalizm işi mənə maraqlı gəldi deyə, belə bir seçim etdim. Ancaq bununla yanaşı, hüquq sahəsində akademik fəaliyyətimi də davam etdirirdim, məqalələr yazırdım. Bilirsiniz, karyera qurmağa çalışanda gərək prioritetləri düzgün müəyyən edəsən. Əlbəttə, dövlət imtahanı verib prokurorluq orqanlarında çalışa bilərdim. Bu, sadəcə min nəfərdən biri halına çevriləcəkdi, amma multikulturalizm mənim üçün yeni, öyrənməli olan sahə idi.

Elm olaraq cinayət hüququnu sevmək mənə müəyyən bir rütbədən daha üstündür, ona görə hüququn akademik tərəfini seçdim. Praktik tərəfdə olsaydım, hüquqda yaranan problemləri və o boşluqları görməyəcəkdim. Çünki insan gündəlik ifadə etdiyi şeylərin fərqinə varmır.

- Və burda uğurlu irəliləmə olub...

- Hazırda rəhbərlik etdiyim quruma baş məsləhətçi olaraq işə götürüldüm. Qısa müddət sonra isə həyata keçirdiyimiz layihələrlə bağlı olaraq Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri xidmətində əvvəlcə baş mütəxəssis kimi işə başladım, sonra məsləhətçi vəzifəsinə keçirildim. Daha sonra kiçik dövlət müşaviri rütbəsi verildi. Ardınca 1 il 8 ay Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktor əvəzi olaraq fəaliyyət göstərdim. Düşünürəm ki, cənab Prezidentin etimadını doğrulda bildik ki, bu il artıq Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru vəzifəsinə təyin olundum.

Bununla yanaşı, cinayət hüququ sahəsində elmi fəaliyyətimi davam etdirirəm. 2018-ci ilin əvvəlində Azərbaycan Milli Elmlər Akademiyasının Hüquq və İnsan Haqları İnstitutunda "Cinayət hüququ və kriminalogiya; cəza-icra hüququ" ixtisası üzrə "Azərbaycan Respublikasında kibercinayətkarlıq və onlara qarşı profilaktik tədbirlərin hüquqi əsasları" adlı dissertasiya mövzumu götürdüm. Eyni zamanda, 2018-ci ildə Amerika və Azərbaycanda cinayət hüququnun oxşar və fərqli tərəfdən araşdırılması ilə bağlı tədqiqatçı kimi Amerikanın Kent Hüquq Kollecinə dəvət olundum. Təəssüf ki, əmək fəaliyyətim hələ ki, bu araşdırmanı həyata keçirmək üçün Amerikaya getməyə imkan verməyib.

- Kriminal sahəni davam etdirirsinizsə, deməli, bu sahə sizə maraqlıdır. Maraqlı olan nədir?


Xəbərə aid fotolar