Yaşlanmanı dayandırmağın YOLU Psixoloji yaşla bağlı İNANMAYACAĞINIZ FAKTLAR


Digərləri 25 Mar 2019 07:11:00 227 0

Yaşlanmanı dayandırmağın YOLU  Psixoloji yaşla bağlı İNANMAYACAĞINIZ FAKTLAR

Hamı yaxşı bilir ki, pasport yaşı ilə bioloji yaşın heç bir əlaqəsi yoxdur. Bu, ən yaxşı qadınlarda nəzərə çarpır. Fikir verməmiş olmazsınız, elə qadın var ki, 30 yaşı olsa da, 50 yaşında görünür. Yaxud da əksinə 50 yaşlı xanımlar gözəllikdə cəsarətlə 25 yaşlı qızlarla rəqabət apara bilərlər. Bəs bu, niyə belə olur?

Tədqiqatçılar iddia edir ki, uzunömürlülük məsələsində genetika və cavanlaşdırıcı vasitələr açar rol oynamır. Qocalma prosesi birbaşa beyinlə əlaqəlidir.

Son.az bu yazıda oxucuları psixoloji yaşla bağlı maraqlı faktlarla tanış edir:

Sosial-psixoloji yaş

İnsanın psixoloji yaş anlayışı mövcuddur. Bizim zahiri görünüşümüzü, davranışlarımızı məhz o, müəyyənləşdirir və bu, baş-beyin proseslərindən tam asılıdır. Hələ XIX əsrin əvvəllərində kişi və ya qadın 35-40 yaşında qoca hesab olunurdu. Məşğulluq və daha çox informasiya bolluğu üzündən bəşəriyyət bütövlükdə uzunömürlü oldu. Odur ki, yaş təsnifatında dəyişikliklər etmək lazım olduğunu etiraf etmək vaxtı yetişdi.

Dünya Sağlamlıq Təşkilatı yeni yaş qrupları müəyyənləşdirib. Bu gün gənclik dövrü 25-dən 44 yaşa qədər davam edir. Müasir insanın orta yaş dövrü 44-dən 60-a qədər, 60-dan 75-ə qədər ahıl dövrü sayılır. Qocalıq yaşı isə 75-dən başlayır və 90-a qədər davam edir. 90-dan çox yaşı olanlar isə uzunömürlü adlandırılır.

Amma hər kəsə müvəffəq olmur ki, bədən və dərisini cavan saxlasın, xüsusilə 50 və 60 yaşa qədər. Alimlərin sözlərinə görə, beynimiz, daxili balansın olmaması və həyat tərzi həm ruhən, həm də zahirən gənc qalmağa mane olur. Xarici gözəllik bu 3 əsas amildən asılıdır.

Milyardlarla dollar sərf edilən araşdırmaların əsas fərziyyəsində belə deyilir: Qocalıq prosesinin sürəti beynə bağlıdır.

Bu asanlıqla sübut oluna bilər. Həyatımızın əvvəlində beynimiz dünyanı dərk etməklə məşğul olur, biliklərə sahib olur və müxtəlif nəticələrə gəlir. Dolayısı ilə bütün orqanizm bu proseslərdə iştirak edir və imkanları daxilində işləyir. Amma həyatda öyrənməyi və səlahiyyətlərini genişləndirməyi dayandıranda, dünya gözündə maraqsızlaşmağa və dərhal sonra yaşlanma prosesi başlayır. Beyin və bədən artıq fəal işləmir.

Psixoloji qocalığı vaxtında aşkarlamaq əhəmiyyətlidir. Bunun 3 əsas göstəricisi var.

Zamana münasibət

Həyatınızda bütün gözəl hadisələrin artıq baş verdiyini və nələrsə gecikdiyinizi düşünmək onu göstərir ki, yaşlanmağa başlayırsınız. Psixoloji cəhətdən yaşlı adam xatirələri ilə yaşayır, gənc adam planları ilə. Bədbinlik, ümidsizlik hissi, planların olmaması, sonsuz xatirələr psixoloji yaşlılığın göstəriciləridir və bioloji katalizatorlardır.