Vitse-çempion Xorvatiya bu dəfə məğlub oldu (VİDEO)


Digərləri 25 Mar 2019 07:15:10 312 0

Vitse-çempion Xorvatiya bu dəfə məğlub oldu (VİDEO)

Avro-2020 seçmə mərhələsində E qrupunda çıxış edən Macarıstan doğma meydanda Xorvatiyanı qəbul edib.

Bakı. Tural Turan - Avro-2020 seçmə mərhələsində E qrupunda çıxış edən Macarıstan doğma meydanda Xorvatiyanı qəbul edib. Trend-in məlumatına görə, oyun ev sahibi komandanın minimal qələbəsi ilə başa çatıb. Oyunda hesabı 13-cü dəqiqədə Rebiç açıb. 34-cü dəqiqədə Şalai hesabı bərabərləşdirib. 76-cı dəqiqədə isə Patkai Macarıstanın qələbəsini təmin edən qolu vurub. Bununla da, Macarıstan və Xorvatiya yığmaları 3 xalla 3-4 yerlərdə qərarlaşıblar.