Azərbaycanda 240-dan çox uşaq ürəyindən əməliyyat edilib


Digərləri 25 Mar 2019 07:19:35 317 0

Azərbaycanda 240-dan çox uşaq ürəyindən əməliyyat edilib

Ötən il ərzində Azərbaycanda 280 mindən çox xəstə üzərində müxtəlif cərrahiyyə əməliyyatları aparılıb.

Bakı. İlhamə İsabalayeva – Ötən il ərzində Azərbaycanda 280 mindən çox xəstə üzərində müxtəlif cərrahiyyə əməliyyatları aparılıb. Trend-in məlumatına görə, 2018-ci ildə dövlət hesabına 22 nəfərə böyrək köçürülüb, 12 sümük iliyi transplantasiyası aparılıb. Ötən il ərzində ölkədə dövlət hesabına 998 nəfər üzərində kardiocərrahiyyə əməliyyatı icra edilib. Onların 246-sı uşaq olub.