Almaniya Avro-2020 seçmə mərhələsində səfərdə Niderlanda qalib gəlib


Digərləri 25 Mar 2019 01:55:08 233 0

Almaniya  Avro-2020 seçmə mərhələsində səfərdə Niderlanda qalib gəlib

Almaniya millisi Avro-2020 seçmə mərhələsində Niderland millisinə qalib gəlib.

Bakı. Tural Turan - Almaniya millisi Avro-2020 seçmə mərhələsində Niderland millisinə qalib gəlib. Trend-in məlumatına görə, hesab 3:2 hesabı ilə Almaniyanın xeyrinə başa çatıb. Oyunda hesabı 15-ci dəqiqədə Sane açıb. 34-cü dəqiqədə Qnabri almanların üstünlüyünü artırıb. 48-ci dəqiqədə de Liqt hesab arasında fərqi minimuma endirib. 63-cü dəqiqədə Depay ev sahibi komandasının azarkeşlərini sevindirib və hesabı bərabərləşdirib.