İtaliyanın "Kazalesi" mafiya şəbəkəsinin 4 üzvü həbs olunub


Dünya 24 Mar 2019 23:50:00 268 0

İtaliyanın "Kazalesi" mafiya şəbəkəsinin 4 üzvü həbs olunub

İtaliyanın maliyyə polisi paytaxt Romada və Neapolda "Kazalesi" mafiya şəbəkəsinin 4 üzvünü həbs edib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, kriminal təşkilatın üzvləri qanunsuz fəaliyyətləri nəticəsində əldə etdikləri təxminən 20 milyard lirəni (İtaliyanın keçmiş milli pul vahidi) avroya mübadilə zamanı həbs olunublar.