Keçmişin ayaq izləri Dünyanın ən qəribə abidəsi FOTO


Digərləri 24 Mar 2019 21:29:00 316 0

Keçmişin ayaq izləri  Dünyanın ən qəribə abidəsi  FOTO

Macarıstanın paytaxtı Budapeştdə yerləşən Parlament binasının qarşısında, Tuna çayının sahili boyunca düzülmüş dəmir ayaqqabılar II Dünya Müharibəsinin macar xalqına qalan "yadigarlarıdır".

Son.az xəbər verir ki, 1944-cü ilin oktyabr ayında Hitler tərəfindən devrilən Macarıstan hökumətinin lideri Miklos Horti Ferençin yeri Szalasiyə verilib. Yeni dövrün başlanması ilə birlikdə Hitlerin ideologiyasını dəstəkləyən Szalasi yəhudiləri vəhşi metodlarla öldürməyə başlayıb.

Keçmişin ayaq izləri - Dəmir ayaqqabılar

Təxminən, 80 000 yəhudi Macarıstandan Avstriya sərhədinə qovulub. 20 000 yəhudi isə Szalasi hökuməti tərəfindən Tuna çayı sahilində vəhşicəsinə qətlə yetirilib. Qurbanlardan silah gücü ilə ayaqqabılarını çıxarmaları və çaya atılmaları tələb edilib. Çaya atlayan qurbanlar vurularaq qətlə yetirilib.

Xatirələr abidəsi


Xəbərə aid fotolar