Mozambikdə qasırğada ölənlərin sayı 446 nəfərə çatdı


Dünya 24 Mar 2019 17:13:00 196 0

Mozambikdə qasırğada ölənlərin sayı 446 nəfərə çatdı

Mozambikdə "İdai" tropik qasırğası nəticəsində ölənlərin sayı 446 nəfərə çatıb. Daha öncə 293 nəfərin həyatını itirməsi barədə məlumat vermişdik. 

Son.az oxu.az-a istinadən xəbər verir ki, Mozambik ətraf mühit naziri Selzo Korreyya deyib ki, təbii fəlakət 531 min insana ziyan vurub, 110 min nəfər müvəqqəti sığınacaqlarda yerləşdirilib.

Ölkənin baş naziri Karluş Aqostinyo du Rosariu ölənlərin sayının min nəfərdən çox ola biləcəyini qeyd edib.