Azərbaycanda neft hasilatının artırılması üçün böyük imkanlar var


Digərləri 24 Mar 2019 15:26:46 517 0

Azərbaycanda neft hasilatının artırılması üçün böyük imkanlar var

Azərbaycanın "Muradxanlı-Cəfərli-Zərdab" yataqlar blokunda neft hasilatının artırılması üçün böyük imkanlar var.

Bakı. Ləman Zeynalova - Azərbaycanın "Muradxanlı-Cəfərli-Zərdab" yataqlar blokunda neft hasilatının artırılması üçün böyük imkanlar var. Trend-in məlumatına görə, bu barədə "Total Market Solutions"a müsahibəsində yatağın işlənilməsi üzrə operator olan "Zenith Energy" şirkətinin (Kanada) baş direktoru Andrea Kattaneo bildirib. A.Kattaneo deyib ki, hazırda hasilatın artırılması üçün daha çox imkan mövcuddur: "Çünki biz strategiyanı dəyişdirdik və quyuların əsaslı təmiri əvəzinə hasilatı artırmaq üçün dərhal qazma işlərinə başladıq. Həmin vaxt iki qazma qurğusu aldıq. BD-260 qazma qurğumuz İtaliyadan Azərbaycana idxal edilmişdi. Bu qurğunun hissələrini daşıyan son yük maşını növbəti yeddi gün ərzində gələcək". Baş direktor əlavə edib ki, martın 26-dan sonra şirkət BD-260 qazma qurğusunun quraşdırılması ilə məşğul olacaq və "Cəfərli" yatağında C-37 quyusunda qazma işlərinə başlayacaq: