Çin Pakistana 2,1 milyard dollar kredit verir


Dünya 24 Mar 2019 14:00:00 259 0

Çin Pakistana 2,1 milyard dollar kredit verir

Çin Pakistan iqtisadiyyatının dirçəldilməsi, ölkənin valyuta ehtiyatlarının gücləndirilməsi və ödəmə balansının sabitliyini qorumaq üçün 2,1 milyard dollar həcmində kredit verir.Bu haqda Pakistan mətbuatı məlumat yayıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Pakistanın Maliyyə Nazirliyi isə öz növbəsində elan edib ki, kreditin verilməsi ilə bağlı bütün prosedur öhdəliklər yerinə yetirilib.