Bu türk ölkəsinin də paytaxtının adı dəyişdirilə bilər


Dünya 24 Mar 2019 11:35:00 862 0

Bu türk ölkəsinin də paytaxtının adı dəyişdirilə bilər

Qırğızıstan Prezident Aparatının keçmiş rəhbəri Emilbəy Kaptaqayev Bişkekin adının dəyişdirilərək Manas adlandırılmasını təklif edib.

Milli.AZ virtualaz.org-a istinadən bildirir ki, Kaptaqayev bu təkliflə öz "Feysbuk" səhifəsində çıxış edib.

O, həmçinin Bişkek adının paytaxtın rayonlarından birinə-Sverdlovsk rayonuna verilməsini təklif edib.