Ərəb koalisiyası husilərin mövqelərini bombaladı


Dünya 24 Mar 2019 10:46:00 195 0

Ərəb koalisiyası husilərin mövqelərini bombaladı

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi Ərəb koalisiyası Yəmənin paytaxtı Sənada husilərin iki mövqeyinə hava zərbələri endirib.

Son.az bildirir ki, Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə Al-Arabiya telekanalının "Twitter" səhifəsində deyilir.

Məlumatda bildirilir: "Zərbələr husilərin terror əməliyyatlarında pilotsuz uçuş aparatlarının saxlanılması üçün istifadə etdikləri mövqelərə endirilib".