Somalidə terrorçular nazir müavinini qətlə yetiriblər


Dünya 24 Mar 2019 10:40:00 188 0

Somalidə terrorçular nazir müavinini qətlə yetiriblər

Somalinin paytaxtı Moqadişoda "Əş-Şabab" radikal qruplaşmasının üzvləri hökümət binalarına hücum ediblər.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, terrorçular şəhərdə iki avtomobilin partladılması və Əmək və Sosial Məsələlər Nazirliyinin binasına hücuma görə cavabdehliyi öz üzərlərinə götürüblər.

Bildirilir ki, hücum zamanı əmək və sosial məsələlər nazirinin müavini Sakar İbrahim Abdulla qətlə yetirilib.