Dağıstanda kütləvi zəhərlənmə baş verib


Dünya 24 Mar 2019 09:35:00 204 0

Dağıstanda kütləvi zəhərlənmə baş verib

Dağıstanın Xasavyurt şəhərində kütləvi zəhərlənmə qeydə alınıb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə jurnalistlərə şəhər administrasiyasından bildiriblər.

Administrasiyanın nümayəndəsi deyib: "Martın 23-ü üçün mərkəzi şəhər xəstəxanasının infeksion xəstəliklər şöbəsində kəskin bağırsaq infeksiyası diaqnozu ilə 89 nəfər var Xəstələrin vəziyyəti yüngül və orta ağır kimi dəyərləndirilir".