Dahi insanları birləşdirən iki amil


Digərləri 24 Mar 2019 07:22:00 226 0

Dahi insanları birləşdirən iki amil

Dahilik superzəka ilə yox, kreativlik - istənilən öhdəlik qarşısında çıxış yolu tapmaqla izah olunur.

Qeyri-standart düşüncə

Misal üçün, məktəb təhsili almadan ixtiraçı, diplomat, alim, yazıçı və siyasətçi olan Benjamin Franklinin həyatına nəzər salaq. İldırımötürəni ixtira edən, okean cərəyanlarının temperaturunu ölçən Franklin Qolfstrim cərəyanın dəqiq xəritəsini çəkən ilk insan oldu.

Albert Eynşteynin də taleyi oxşardır. Son.az oxu.az-a istinadən bildirir ki, uşaqlıqda danışmağa gec başlayan Albert o vaxtki təhsil sisteminə itaətsizliyinə görə dərslərində də uğurlu olmadı.

Dil bilgilərinin gec inkişafı ona digərlərinin adi qarşıladığı, fikir vermədiyi gündəlik hadisələri müşahidə etmək imkanı verdi.

Eynşteyn kimi Stiv Cobs da gözəlliyin önəminə inanırdı. O, incəsənətin, dəqiq və humanitar elmlərin bir-biri ilə birləşməli olduğunu hesab edirdi. Məlum olduğu kimi, təhsilini ataraq Cobs xəttatlıq və rəqs dərslərinə yazılmışdı, sonra da mənəvi inkişaf üçün Hindistana getmişdi.