Malidə 110 çoban qətlə yetirilib


Dünya 23 Mar 2019 23:43:00 252 0

Malidə 110 çoban qətlə yetirilib

Malinin mərkəzində yerləşən Bankas şəhəri yaxınlığında yerləşən yaşayış məntəqəsində 110 çoban silahlı şəxslər tərəfindən qətlə yetirilib.

Son.az oxu.az-a istinadən bildirir ki, bu barədə Bankas kommunasının meri məlumat yayıb.

Merin sözlərinə görə, qaban ovçularının geyimində olan naməlum şəxslər cümə günündən şənbəyə keçən gecə Bankas yaxınlığındakı Oqassaqu və Velinqara yaşayış məntəqələrinə hücum ediblər.