BəniQureyzə əsirləri haqqında peyğəmbərimizə atılan iftira


Digərləri 23 Mar 2019 23:45:00 216 0

BəniQureyzə əsirləri haqqında peyğəmbərimizə atılan iftira

Peyğəmbər əleyhissəlam, Bəni-Qureyzə qəzvəsində (hərbi hərəkat) də digər qəzvə və əməliyyatlarında olduğu kimi, döyüş qaydaları və əsirlər barəsində Quranın rəhbərliyində hərəkət etmiş, buna görə əsirləri fidyəsiz ya da fidyə müqabilində azad etmişdir. Qurani-Kərimdə bu hadisənin izah edilməsi də bu dediklərimizi gücləndirməkdədir. Ancaq bu bildirdiklərimizin və Qurandakı izahların tərsinə, Bəni- Qureyzə döyüşündən sonra peyğəmbər əleyhissəlamın yüzlərlə əsiri öldürdüklərinə dair müxtəlif rivayətlər də nəql edilmişdir. Bu həqiqətdən uzaq rivayətlər müsəlmanlar arasında nəsillər boyu nəql edilərək, elə bil şübhəsiz doğrular kimi, bir növ İslamı qaralamaqda və beyinləri bulandırmaqdadır.

I. Giriş:

Bu hadisə, yəni Bəni-Qureyzə qəzvəsi, müsəlmanlarla Məkkəli müşriklər və müttəfiqləri arasında hicrətin 5-ci ilində baş verən Xəndək döyüşündən və bu döyüşdə Allah Təalanın peyğəmbərə və möminlərə qələbə nəsib edib bitməsindən sonra başladı. Allah Təala belə buyurmaqdadır:

وَرَدَّ اللَّهُ الَّذِينَ كَفَرُوا بِغَيْظِهِمْ لَمْ يَنَالُوا خَيْرًا ۚ وَكَفَى اللَّهُ الْمُؤْمِنِينَ الْقِتَالَ ۚ وَكَانَ اللَّهُ قَوِيًّا عَزِيزًا

"Allah kafirləri qəzəbli olduqları halda geri qaytardı və onlar heç bir xeyrə nail olmadılar. Döyüşdə Allah möminlərə kifayət etdi. Allah Qüvvətlidir, Qüdrətlidir." (Əhzab 33/25)

Son.az muselmanlar.com-a istinadən bildirir ki, Xəndək döyüşündə Mədinənin mühasirə altına alınması əsnasında Bəni-Qureyzənin müsəlmanlarla birlikdə qurduğu ittifaqa xəyanəti və düşmən tərəfində mövqe tutması, onlara köməklik göstərməsi Mədinəni və müsəlmanları təhlükəyə salmışdı. Bəni- Qureyzənın bu ikiüzlülüyü müsəlmanları pis vəziyyətdə qoymuş və iki atəş arasında nə edəcəklərini bilməyəcək bir vəziyyətə gətirmişdi. Qurani-Kərim müsəlmanların bu çətin vəziyyətlərinibizə belə xəbər verməkdədir:

إِذْ جَاءُوكُمْ مِنْ فَوْقِكُمْ وَمِنْ أَسْفَلَ مِنْكُمْ وَإِذْ زَاغَتِ الْأَبْصَارُ وَبَلَغَتِ الْقُلُوبُ الْحَنَاجِرَ وَتَظُنُّونَ بِاللَّهِ الظُّنُونَاَ

ابْتُلِيَ الْمُؤْمِنُونَ وَزُلْزِلُوا زِلْزَالًا شَدِيدًا هُنَالِك

"O zaman onlar sizin həm yuxarı və həm də aşağı tərəfinizdən üstünüzə gəlmişdilər. O vaxt (qorxudan) gözlər bərəlmiş, ürəklər xirtdəyə çatmış və siz də Allah barəsində zənnə-gümana qapılmışdınız. Orada möminlər imtahana çəkilmiş və güclü sarsıntıya məruz edilmişdilər." (Əhzab 33/10-11)

Xəndək döyüşündə bu yəhudilər, müsəlmanlarla qurduqları ittifaqı pozdular. Ənfal surəsinin 56-cı ayəsi onların xəyanətlərindən belə bəhs edər:

الَّذِينَ عَاهَدْتَ مِنْهُمْ ثُمَّ يَنْقُضُونَ عَهْدَهُمْ فِي كُلِّ مَرَّةٍ وَهُمْ لَا يَتَّقُونَ

"Onlar əhd bağladığın kimsələrdir ki, sonra hər dəfə öz əhdlərini pozur və (heç nədən) çəkinmirlər."

Ümumiyyətlə Bəni-Qüreyzə, bu davranışlarıyla Müsəlmanların qırmızı xətlərini çeynəmişdilər. Qırmızı xətləri ifadə edən ayə belədir:

لَا يَنْهَاكُمُ اللَّهُ عَنِ الَّذِينَ لَمْ يُقَاتِلُوكُمْ فِي الدِّينِ وَلَمْ يُخْرِجُوكُمْ مِنْ دِيَارِكُمْ أَنْ تَبَرُّوهُمْ وَتُقْسِطُوا إِلَيْهِمْ ۚ إِنَّ اللَّهَ يُحِبُّ الْمُقْسِطِينَ

إِنَّمَا يَنْهَاكُمُ اللَّهُ عَنِ الَّذِينَ قَاتَلُوكُمْ فِي الدِّينِ وَأَخْرَجُوكُمْ مِنْ دِيَارِكُمْ وَظَاهَرُوا عَلَىٰ إِخْرَاجِكُمْ أَنْ تَوَلَّوْهُمْ ۚ وَمَنْ يَتَوَلَّهُمْ فَأُولَٰئِكَ هُمُ الظَّالِمُونَ

"Allah din uğrunda sizinlə vuruşmayan və sizi öz diyarınızdan qovub çıxartmayan kimsələrə yaxşılıq etmənizi və onlarla insafla davranmanızı sizə qadağan etmir. Şübhəsiz ki, Allah insaflı olanları sevir.Allah sizə ancaq sizinlə din uğrunda vuruşan, sizi diyarınızdan qovub çıxardan və çıxarılmanıza kömək edən kim­­sələrlə dostluq etmənizi qadağan edir. Onlarla dostluq edənlər zalımlardır." (Mümtəhinə 60/8-9)

Belə ki, Xəndək döyüşü bitib müsəlmanlar sülh müqaviləsi bağladıqdan sonra, Bəni- Qureyzənin müqaviləyə xəyanətlərinin cəzasını vermələri lazım idi. Peyğəmbər əleyhissəlam onların qalalarının ətrafını günlərlə mühasirə etdi. Yəhudilər təslim olmağı rədd etdikləri üçün, müharibəyə və yurdlarından çıxarılmalarına qərar verildi. Müharibəyə başlayanda isə onların qəlblərinə qorxu düşdü və döyüş möminlərin qələbəsi ilə nəticələndi. Bu barədə Allah Təala belə buyurmaqdadır:

وَأَنْزَلَ الَّذِينَ ظَاهَرُوهُمْ مِنْ أَهْلِ الْكِتَابِ مِنْ صَيَاصِيهِمْ وَقَذَفَ فِي قُلُوبِهِمُ الرُّعْبَ فَرِيقًا تَقْتُلُونَ وَتَأْسِرُونَ فَرِيقًا

وَأَوْرَثَكُمْ أَرْضَهُمْ وَدِيَارَهُمْ وَأَمْوَالَهُمْ وَأَرْضًا لَمْ تَطَئُوهَا ۚ وَكَانَ اللَّهُ عَلَىٰ كُلِّ شَيْءٍ قَدِيرًا

"(Allah) sizi onların yerlərinə, yurdlarına və mallarına, üstəlik də ayağınız dəyməyən bir yerə varis etdi. Allah hər şeyə qadirdir. (Allah) Kitab əhlindən müttəfiqlərə yardım edənləri öz qalalarından endirdi və onların qəlbinə qorxu saldı. Siz onların bir qismini öldürür, bir qismini də əsir götürürdünüz." (Əhzab 33/26-27)

Nəticədə döyüş əsnasında Bəni-Qüreyzədən bəziləri öldürüldü və bir çoxu da əsir alındı. Müharibə bitdikdən sonra, Peyğəmbər əleyhissəlam ələ keçirilən Bəni-Qüreyzə yəhudilərinə ayənin hökmünə əsasən digər əsirlərə nə etmişsə onu etdi, yəni, fidyəsiz ya da fidyə müqabilində sərbəst buraxdı:

فَإِذَا لَقِيتُمُ الَّذِينَ كَفَرُوا فَضَرْبَ الرِّقَابِ حَتَّىٰ إِذَا أَثْخَنْتُمُوهُمْ فَشُدُّوا الْوَثَاقَ فَإِمَّا مَنًّا بَعْدُ وَإِمَّا فِدَاءً حَتَّىٰ تَضَعَ الْحَرْبُ أَوْزَارَهَا

"(Döyüşdə) kafirlərlə qarşı-qarşıya gəldiyiniz zaman boyunlarını vurun. Nəhayət, onları qırıb zəiflətdikdə (əsirlərə bağladığınız) kəndirləri bərk çəkin. Sonra da onları ya rəhm edib fidyəsiz, ya da fidyə alıb azad edin..." (Muhəmməd 47/4)

Bəni-Qureyzə yəhudiləri döyüşdə məğlub olmaqla bərabər, eyni zamanda həm hakimiyyətləri altındakı torpaqlarını itirmiş həm də var-dövlətləri qənimət olaraq ələ keçirilmişdi. Allah Təala cəzalandırılmış bir cəmiyyətin halını və müsəlmanlara olan lütfünü bizə belə izah edir:

وَأَوْرَثَكُمْ أَرْضَهُمْ وَدِيَارَهُمْ وَأَمْوَالَهُمْ وَأَرْضًا لَمْ تَطَئُوهَا ۚ وَكَانَ اللَّهُ عَلَىٰ كُلِّ شَيْءٍ قَدِيرًا

"(Allah) sizi onların yerlərinə, yurdlarına və mallarına, üstəlik də ayağınız dəyməyən bir yerə varis etdi. Allah hər şeyə qadirdir." (Əhzab 33/27)

Belə bir cəza, bütün fəsad törədən cəmiyyətlərə qarşı Allahın yürürlüyə qoyduğu bir qanunudur.

Müsəlmanların Bəni-Qureyzə yəhudilərini əsir alıb, yurdlarına və mallarına hakim olmaqlarından sonra, əllərindəki əsirlərdə və əqrabalarında bir sərmayə qalmadığı üçün, onların fidyəsiz buraxılmaqlarından başqa bir yolu da qalmamışdı.

II. Bəni-Qureyzə ilə əlaqədar rivayətlər

Qurani-Kərim, Bəni-Qureyzə hadisəsini açıq-aydın izah etməsinə baxmayaraq, hadisə haqqında fərqli və müxtəlif rivayətlərə rastlamaqdayıq. Bu rivayətlərdə peyğəmbər əleyhissəlamın bu əsirləri Mədinəyə gətirdiyi, Mədinədəki evlərin birində həbsedildikləri , ertəsi gün Mədinə bazarına götürüldükləri, onların xəndək qazmaya məcbur edildikləri və qruplar halında öldürüldükləri ifadə edilməkdədir.

Buxari və Müslimin səhihlərində Bunların sayıları ilə əlaqədar hər hansı bir məlumat yoxdur. Ancaq peyğəmbər əleyhissəlamın onların döyüşə qatılanlarını öldürdüyü ifadə edilməkdədir.[1] Sad b. Muazın onların arasındakı hakəmliyi nəticəsində verdiyi hökmün tətbiq edilib edilmədiyi rivayəti də yoxdur. Bu iki səhih mənbələr xaricində isə, öldürülənlərin sayısı 400 ilə 900 arasında dəyişməkdə və peyğəmbər əleyhissəlamın onlardan saqqalı və bığı çıxanlarının hamısını öldürdüyü qeyd edilməkdədir.[2] Hər saqqalı və bığı tərləyənin bu döyüşdə iştirak etmədiyi də bir həqiqətdir. Bu rivayət təkcə döyüşənlərin deyil, döyüşdə iştirak etməyənlərin də öldürüldüyü mənasına gəlir. Həqiqətindən şübhə edilməyən hallardan biri də döyüşə qatılmayan insanların öldürülməsinin caiz olmadığıdır. "Saqqalı çıxanlarının öldürüldüyü"[3] rivayətinin ravisi də yəhudi əsilli və daha sonradan müsəlman olan Bəni-Qüreyzadan biridir. Belə bir mühüm mövzuda yəhudilərin millətçi duyğularını gözə almadan, onlardan gələn hekayələrə daha diqqətli olmadan rivayət etmək, qəbuledilməzdir. Bir də onların özlərini tarix boyu məzlum, haqsızlığa, qırğına məruz qalmış biriləri olaraq qələmə verməyə çalışdıqlarını unutmamaq lazımdır. Nəql edilən rivayətin səhihliyi barədə əmin olmaq üçün heç şübhəsiz rivayəti çatdıranın da tərəfsiz olduğundan əmin olmaq lazımdır.

Bəni-Qureyzədən öldürülən əsirlərin sayısı ilə əlaqədar əs-Siretun-nəbəviyyə adı ilə məşhur əsərin müəllifi ibn Hişamın (ö. 218/833) İbn İshaqdan (ö. 151/768) sənədsiz olaraq nəql etdiyi rivayətdə, "Onlar 600 və ya 700 nəfər idilər, sayılarının 800 ilə 900 arasında olduğunu..."[4] qeyd etməkdədir.

Aşağıdakı səbəblərdən ötrü bu rivayətləri qəbul etmək mümkün deyildir:

A). Qurani-Kərim bizə bu döyüşdə Bəni Qüreyzalıların bəzilərinin öldürüldüyünü, bir çoxunun da əsir alındığını xəbər verir. Döyüş bitmədən əsir almanın da caiz olmadığı Quranın bu ayəsində bildirilməkdədir:

مَا كَانَ لِنَبِيٍّ أَنْ يَكُونَ لَهُ أَسْرَىٰ حَتَّىٰ يُثْخِنَ فِي الْأَرْضِ ۚ تُرِيدُونَ عَرَضَ الدُّنْيَا وَاللَّهُ يُرِيدُ الْآخِرَةَ ۗ وَاللَّهُ عَزِيزٌ حَكِيمٌ

"Peyğəmbərə yer üzündə (çoxlu kafir) qırmayınca əsir götürmək yaraşmaz. Siz dünya mənfəətlərini istəyirsiniz, Allah isə axirəti (qazanmağınızı) istəyir. Allah Qüdrətlidir, Müdrikdir." (Ənfal 8/67)