Qarın yatalağı


Digərləri 23 Mar 2019 23:50:00 689 0

Qarın yatalağı

Qarın yatalağı-əvvəlcə bağırsağı, sonra isə qara ciyəri, öd kisəsi, dalağı zədələyən baktreial infeksion xəstəlikdir. Ümumi məlumat: Bu xəstəlik güclü yoluxucu xəstəlikdir, su və qida ilə orqanizmə daxil olur. Belə adam sağaldıqdan sonra da uzun müddət bakteriya daşıyıcısı olur. Səbəbləri: Törədicisi Salmonella typhi-dir. Sanitar-gigiyenik şəraiti pis olan rayonlarda tez yayılır. Qarın yatalağı epidemiyaları mümkündür.

Simptomları: Son.az immunitet.az-a istinadən bildirir ki, xəstəliyin 1-ci həftəsində güclü baş ağrıları, öskürək, yüksək hərarət, üşütmə, iştahanın itməsi, əzginlik, yorğunluq, zəiflik, qəbizlik, qarında ağrılar qeyd olunur. 2-3-cü həftələrdə yüksək hərarət, diareya, kəskin zəiflik, qarnın böyüməsi müşahidə olunur. Temperatur düşdükdən sonra döşdə, qarın nahiyəsində səpgilər əmələ gəlir. Ağırlaşmaları: Ağırlaşmaları - bağırsaq qan axması, peritonit, pnevmoniya, xolesistit, tifoz psixoz, böyrək çatmamazlığı, xəstəliyin residivi, letal nəticə ola bilər. Siz nə edə bilərsiniz: Xəstəliyə şübhə olduqda mütləq tibbi yardıma müraciət etmək lazımdır. Həkim nə edə bilər: Həkim diaqnozu təsdiq etmək üçün analizlər təyin edir, xəstəni hospitalizasiya edir. Müalicəsi: Diaqnoz təsdiq edildikdə xəstə, xəstəxəna şəraitində müvafiq antibiotiklərlə müalicə olunur. Profilaktikası: Xəstəliyin qarşısını almaq üçün su təminatının düzgün təşkili, kanalizasiyanın çəkilməsinə, qida məhsullarının yığılma, hazırlanma, daşınma və satılma texnologiyasına ciddi əməl edilməlidir.