İnsanda ətalət halı nədir?


Digərləri 23 Mar 2019 23:35:00 259 0

İnsanda ətalət halı nədir?

Xalq arasında daha çox tənbəllik olaraq bilinən, hətta lüğətdə belə, tənbəllik, işsiz qalma mənalarında olan ətalət, bilinənin əksinə, tənbəlliyi içində barındıran, lakin tənbəllikdən fərqli bir vəziyyətdir. Təəssüf ki, bu yalnış tərif, ətalətin yalnış anlaşılmasına və bilinmədiyi üçün də doğru çözümə gedilə bilməməsinə yol açır. Yaxşı bəs ətalət nədir? Ətalətin kəlmə anlamı, passivlik halıdır. Hər hansı bir hərəkətə qarşı bir çox səbəbə bağlı olaraq müqavimət göstərmə vəziyyətidir. İnsanın,  nəyi istədiyini və buna çatmaq üçün nələr edə biləcəyini bildiyi halda, hərəkətə keçməməsi, içində var olan potensialını, bacarıqlarını istifadə etməməsi, yəni etməli olduğu şeyi bildiyi halda etməməsi, onun ətalət halında yaşadığının göstəricisidir. İstəksizlik, yorğunluq, depressiya, tənbəllik kimi vəziyyətlərin bir arada yaşandığı bir növ psixoloji xərçəng olaraq adlandırılan ətalət, gizlincə gəlir və fərq edilmədiyi zaman bütün bədəni və ruhu ələ keçirir. Ən tipik əlamətləri: tənbəllik, təxirə salmaq, tükənmişlik sendromu, bezginlik, bəhanəçilik, istəksizlik kimi passivlik hallarıdır.

Son.az fitret.az-a istinadən bildirir ki, ətalətin yaranmasını anlatan məşhur bir hekayə var. Bu, çox insan tərəfindən bilinən, suya atılan qurbağanın hekayəsidir ki, hətta elmi bir təcrübədir. Qurbağa öncə  isti su ilə dolu olan qaba atılır və o dəqiqə də canını qurtarmaq üçün qabdan bayıra tullanır. Sonra, qurbağa təkrar olaraq su dolu bir qaba atılır, lakin bu dəfə suyun istiliyi noraml səviyyədədir və qurbağa da halından məmnundur. Bu əsnada, qab odun üstünə qoyulur və su yavaş-yavaş isinir. Bunun nəticəsində müşahidə olunan isə budur ki, halından məmnun olmağın verdiyi rahatlıqla, qurbağa  suyun istiliyinin artdığını hiss etməyib. Bu, ətalətli halda yaşayan insanların vəziyyətinə bir nümunədir. Ətalət insanın həyatına gizli bir şəkildə girir və özünü fərq etdirmədən insanı ələ keçirir.

Ətalət, insanın həyatında iki cür olur : İnsanın ruhunu ələ keçirən psixoloji ətalət və bədənini ələ keçirən fizioloji ətalət.

Psixoloji ətalət, bir çox psixoloji faktorlara bağlı olaraq ortaya çıxan və depressif ruh halını artıran ətalət halıdır. Fiziki ətalət isə, bədəndəki hərəkətlərin yavaşlığıdır. Son dönəmlərdə artan oturaq masa işləri  bu ətaləti daha da yaymaqdadır. Bu iki ətalət biçimi bir-birinə bağlı və biri digərinə yol açan bir döngü biçimindədir. Fiziki ətalət psixoloji ətalətə çevrilə bildiyi kimi, psixoloji ətalət də fiziki ətalətə çevrilə bilər.

Psixofizioloji  bir vəziyyət olan ətalət, bir çox səbəbə bağlı osla da, başlıca səbəbləri bunlardır:

1) Məqsədsizlik: Həyat məqsədinin nə olduğunu bilməməkdən, özünə bir yol, bir yön seçə bilməməkdən qaynaqlanan və nəticədə ətalətə aparan vəziyyətdir.

2) Mükəmməlliyyətçilik: Edilən hər şeyin mükəmməl olmalı olduğu inancına söykənən mükəmməlliyyətçiliyin verdiyi qatılıq və heç bir şeyin istədiyi kimi olmamasından qaynaqlanan stres nəticəsində ətalətə aparan xarakter biçimidir.

3) Pulsuzluq: Etmək istədiyi şeylərin müəyyən bir sərmayə tələb etməsi və özündə bu sərmayənin olmamasının verdiyi çarəsizlik nəticəsində ətalətə aparan bir vəziyyətdir.