Bakıda gecə qadın bir hərəkətilə hər kəsi qorxuya saldı


Digərləri 23 Mar 2019 22:57:00 225 0

Bakıda gecə qadın bir hərəkətilə hər kəsi qorxuya saldı

Ötən gün Binəqədi rayonu Biləcəri qəsəbəsində binanın zirzəmisində yaşayan və səfil həyat sürən qadın az qala böyük bir faciəyə səbəb olacaqdı. Zirzəmidə qızınmaq üçün qalanan alov nəzarətdən çıxıb və bloku tüstü basıb. Sakinlərin köməyinə isə yanğınsöndürənlər yetişiblər.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, binanın zirzəməsində qalanan ocaq, az qala beşmərtəbəli binada dəhşətli yanğına səbəb olacaqdı. Hadisə ötən gün Binəqədi rayonu Biləcəri qəsəbəsi Asəf Zeynallı küçəsində baş verib.

Sakinlərin verdikləri məlumata görə, yanğına binanın zirzəməsində yaşayan və səfil həyat sürən qadın səbəb olub. Onların sözlərinə görə, bu qadın isinmək üçün zirzəmidə tez-tez ocaq qalayır, hətta bəzən özü kimi səfil həyat sürənlər də onunla burada qalırlar.