İslamdan İslama qədər


Digərləri 23 Mar 2019 22:10:00 227 0

İslamdan İslama qədər

Bismillahirrəhmanirrəhim

İranda bütün oxucuların anlaya bilmələri üçün bu yazını farsca yazıram. Ana dilimdə (türkcədə) yazmadığım üçün Allahdan üzr istəyir və dostlarımın məni bağışlamalarını diləyirəm.

Anladığımızı və tanıdığımızı sandığımız İslam toplumu çox böyük bir toplumdur. Tanıdığımızda da təəssüflənirik. Çünkü bu böyük topluluq birlik anlayışı içində doğru yolu seçə bilməməkdədir. Çünkü şiələr görünürdə "sünni qardaşlar" ifadəsini qullansalar da, əslində ömərilərin və nasibilərin kafir olduqlarına inanırlar. Sünnət əhli də şiəliyi yəhudiliyin ürünü olaraq görərək kəndilərindən uzaqlaşdırırlar. İslamın doğuş çağına ən yaxın firqə olan Əbazi kimi xəvaric firqələrinin də daha fərqli görüşləri var. Hər üç axım İslami birliyin parçalanmasında yəhudiləri suçlu görürlər. Çünkü yəhudilər gərəkdiyində sünni və ya şiə ola bilirdilər. Şiələşən yəhud Əli haqqında aşırı mədhlər yazarkən, ilk üç xəlifə haqqında sevimsiz bilgilər oluşdurmuşlar. Sünniləşən yəhudilər də Əbubəkir və Ömər haqqında mədh bilgiləri oluşdurmuşlar. Ümmət arasında nifaq yaradaraq dəyişik qrupları qarşı-qarşıya qoymaq amacı ilə möminlərin anası Aişə adına hədislər rəvayət etmişlər. İbni-Səba kimi yəhudilər Əli haqqında İslam dışı aşırı bilgilər oluşdurmaq üçün fars tarixi sosial psikolojisini uyqun ortam olaraq görmüşlər. Çünkü yəhudi aydınları farsların ərəblərə qarşı aşırı nifrət və kinləri haqda bilgi sahibi idilər. Həm İslam öncəsi, həm də İslam sonrası farsların ərəbləri aşağı bir ulus olaraq gördükləri haqda yəhudilərin tarixi bilgiləri var idi. İslam öncəsindən başlayaraq davam edən farsların ərəb düşmənliyi günümüzdə də davam etməkdədir. Farsların bu aşırı ərəb qarşıtlığı duyqularından yararlanan İbni-Səba və Kə´b-ul Əxbar kimi yəhudi alimlər İslam Dünyasında parçalanma yaratmaq amacı ilə ilk üç xəlifə haqda, özəlliklə farsların Sasani imperatorluğunu devirən Ömər haqqında aşağılayıcı məlumat, təhqir edici bilgilər yaymağa başladılar. Çünkü yəhudi bilgələr farsların, özəlliklə onların Sasani imperatorluğunu devirən Öməri sevmədiklərini yaxşı bilirdilər. Yəhudilərin bu haqda başqa tarixi təcrübələri də var idi. Farsların sadəcə Öməri deyil, daha öncə Əhəməniləri devirən Makidoniyalı İskəndəri də Ömər kimi sevmədiklərini yəhudilər bilirdilər. Diqqət edərsək, İranda ən çox Öməri aşağılar, sövərlər. Sasanilərin devrilməsində Əlinin az rolu olduğundan Əbutaliboğluna qarşı Ömər kimi kin bəsləməzlər. Əlini daha öncəki xəlifələrin harda isə düşməni kimi göstərərk ərəb və digər xəlifələrə qarşı düşmənliyin tarixi zəminini oluşdururlar.

Zərdüştilər Əli haqqında aşırı gözəl sözlər söylərkən, ilk üç xəlifə və Aişə haqqında həqarət dolu bilgilər mətnləşdirdilər. Ayrıca, farslar əski çağlardan bəri qutsal dölə inandıqları üçün Əlinin evladları haqqında da İslam öyrətiləri ilə uyqun gəlməyən bilgilər oluşdurdular. Heç bir tarixi əsası olmayan bir yalan uydurdular. Guya Əlinin oğlu Hüseyn Sasani padşahının qızı Şəhrbanu ilə evlənmiş! Yalan bilgilərlə Hüseynin qadınını fars kimi sunaraq Hüseyn soyundan törəyəcək olan imamlara Sasani-pers soy və kimliyi qazandırmaq istədilər və başardılar. Bir halda ki, Sasani şahı Yəzdgərdin Şəhrbanu adlı qızının olduğu heç bir tarixi bəlgədə mövcud deyildir. Ərəblərin saldırısından sonra Yəzdgərdin ailəsinin Çin dövlətinə sığındığı haqda tarixi rəvayətlər vardır. Təbatəbai kimi, bə´zi şiə alimləri bilə, Hüseynin Sasani qızı ilə evlənmə rəvayətini yalanlamışlar. Bu alimlərə görə Hüseynin oğlu Zeynəlabidnin anası Sasani qızı deyil, yəmənli bir cariyə olmuşdur. Ayrıca, Sasani sarayında irq təmiz qalsın deyə, başqa soylarla, özəlliklə aşağıladıqları ərəb soyuyla evliliyə izin yox idi. Ən önəmli yalanlardan biri də Tehranda Şəhrbanu üçün uydurulan bir məzardır. Tarixi verilərə görə bu məzar əski pers inancının tapınağı olan Anahita adlı ilaha aiddir.

Yenə də Kə´b-ul Əxbar kimi yəhudi alimlər ilk üç xəlifələrin mədhi və Əlinin tənqidi üzərinə də bilgi ürətmişlər. Bu yəhudi dəstələr İslam düşmənliyi ilə tanınırdılar. Yəhudilər indiki zamanda olduğu kimi, o zaman da əqli və şəriət bilimlərində öncül idilər. İlkəl toplumlarda və tarix boyunca yəhudilərin çoxu öyrətmən və bilgə olmuşlar. Lakin başqa dinlərə inananlar yəhudilər qədər fəal olmamışlar. Yəhudilər seçkin bir xalq olmuşlar. İslamın başlanqıc tarixini diqqətlə oxursaq, yəhudilərin nə qədər etkili olduqlarına tanıq olarıq. Kə´b-ul Əxbar Ömərin öldürüləcəyini daha öncədən ön görmüşdü. Ömərin qatili Firuz Əbulolo´nun təhdidindən sonra Əxbar Ömərə üç gün sonra öldürüləcəyini öncədən xəbər vermişdi. Bu öngürüsünü də Tövrat´a dayanaraq açıqlayırdı. Onun və digər yəhudilərin zərdüştilərlə bir yerdə İslama qarşı müxalif olduğu tarix üçün bəllidir. Yəhudilər islamı içindən parçalamaq üçün dəstələr, qruplar təşkil edirdilər. İlginc olan budur ki, Kə´b-ul Əxbarın özü Ömərin öldürülmə fikrini oluşduran şəxslərdən biri olmuşdur. O, Ömərin öldürüləcəyi fikrini Tövratda oxuduğunu iddia edərək, bir yandan Ömərin qətli fikrini yayqınlaşdırır, digər yandan da Öməri mədh edirdi.

Yəhudilər digər tərəfdən şiələr adından Ömər haqqında hədislər uydurdular ki, guya Ömərin atası bəlli deyil və özü də ibnə olmuş! Həm də Əli və oğulları haqqında aşırı hədislər uydurdular. Guya Cəbrail iblisin tuzağına düşərək peyqəmbərlik bilgilərini Əli yerinə, Muhəmmədə vermişdir! Bunun davamında Əli və evladlarını əhli-beyt adlandırdılar. Bir halda ki, hər kəsə məlum olduğu üzrə əhli-beyt anlayışı kişinin qadınlarını, oğullarını və qızlarını ehtiva edər. Ayrıca, kişi həyatda ikən əhli-beyt anlayışı bir anlam daşıyar və öldükdən sonra heç bir anlam ifadə etməz. Özəlliklə əhli-beyt anlayışı qadınları içinə alar, çünkü oğul və qız evlənib başqa ailə quraraq, başqa beytə mənsub olar, kəndiləri üçün əhli-beyt təşkil edərlər.

Şiənin öz hədisləri Əli və evladlarının "əhli-beyt"lik iddialarında bulunmadıqlarını açıqca göstərməkdədir. Şiə alimlərinin iddia etdiyi kimi, Əli və torunları heç bir zaman məsumiyətləri haqqında bir söz söyləməmiş və xilafətin onların haqqı olması ilə bağlı bəyanda bulunmamış, kəndilərini özəl seçkin insanlar olaraq nitələməmişlər. Şiə bilgələrinin rəvayətinə görə, şiənin beşinci imamı Baqirə "nədən şiə aşırıları Əlini Allah və ya peyqəmbər olaraq görərlər?" deyə sorulduğunda "hədisi nəql edən firqələri və hədis sahiblərini onlar tanımamışlar" deyə cavablamış. Şiənin iddia etdiyi kimi imamlar məsum olsaydı, elmlərin dəlicisi ləqəbi daşıyan Baqir buna etiraf etməzmi idi?

Yəhudilər müxtəlif hədislər uyduraraq gələcəkdə parçalanmanın əsasını qoymuşlar. Peyqəmbər adına uydurulan "mənim davamçılarım 12 imam olacaq" hədisi də yəhudi uydurmasıdır. Bu saxta və uydurma hədis sünnət əhlinin kitabında da yer almışdır. Lakin Səfəvilərdən sonra yazılan hədis kitablarında daha təfsilatı ilə bu saxta və yalan hədis üzərinə bilgi ürətmişlər. Səfəvi sonrasında 12 imamın adları da bəlli edilmiş. Bu saxta hədis "Cabir hədisi" olaraq tanınmaqdadır. Hədisin tarixindən də bəlli olduğu kimi rəvayətçiləri də saxtadır. İsna-əşəri şiəsinin haqlılığını isbatlamaq üçün bu saxta kimliklər sonradan uydurulmuşdur. Bu saxta hədis tarixdə isna-əşəri şiəsinin şəkillənməsinə yol açdı. Böylə ki, şiənin 11-ci imamı sayılan Həsən Əsgəri öldükdən sonra şiələr onun qardaşını imam görmək istədilər, lakin o, fasiq olduğu və ya böylə işləri anlamsız sandığı üçün şiələr başqa yol seçdilər. Həsən Əsgəri üçün yalançı bir oğul uydurdular. Heç dünyaya gəlməmiş və kimsənin görmədiyi bu oğlanı daha sonra qeybə göndərdilər. Onun son imam və ya xəlifə olması üzərinə ittifaqi-nəzər etdilər. Bu yolla rəvayət edilən saxta hədisin ön görüsü də gerçəkləşmiş olurdu. Ayrıca, bu saxta hədis Muhəmmədin dilindən deyil, Tövratdan nəql edilirdi. Tövratın "təkvin səfəri" bölümünə diqqət edilərsə, İsmayılın nəslindən 12 padşahın meydana çıxacağı ön görülməkdədir. Şübhəsiz ki, 12 imamla ilgili bu saxta hədisin qaynağı Muhəmməd deyil, Tövratdır. Diqqət edilərsə, Tövratda 14 deyil və ya 13 deyil, sırf 12 olması çox düşündürücüdür. Şiə görüşündə Muhəmməd və Fatimə məsum olaraq görülsələr də lakin imamlıq mərtəbəsindən aşağıdadırlar. Tövratın bu rəvayəti üzərinə qurulan şiə görüşü bir yandan da Əlini peyqəmbər və Muhəmmədi Əlinin haqqını qəsb edən şəxs kimi təqdim edər. Çünkü yəhudi və fars gələnəyinə görə şahlıq atadan oğula keçən bir sürəc idi. Bu rəvayətə görə, Muhəmmədin oğlu olmadığından şah olamazdı. Bu üzdən Muhəmməd səhnədən dışlanaraq yerinə Əli keçməli idi. Saxta hədis rəvayətçiləri nə etdiklərinin bilincindəydilər. Bu hədislərin tam çoxu müsəlman olmuş yəhudilər tərəfindən uydurulmuşdur.

Ömər hədis rəvayətini, özəlliklə Muhəmmədlə çox az irtibatda olan şəxslərin hədis rəvayət etməsini yasaqlamışdı. Əbuhüreyrə "Ömər zamanında hədis rəvayət etsəydim, cəzalanardım" deyə bəyanda bulunmuşdu. Əli də Ömər kimi davrandı və hədis rəvayətini yasaqladı. Şiə və sünni hədis kitablarına baxarsaq, hədislərin çoxunun yəhudilər tərəfindən rəvayət edildiyinə tanıq olarıq. Hədis uyduran bir yəhudi ölümə məhkum edilir və öldürülürkən "mən öz görəvimi başarıyla gerçəkləşdirərk, minlərcə saxta hədis uydurdum" demişdi. Bu saxta hədisləri uydurmaqdan amacları Quranı arxa plana edərək Quransız bir din oluşdurmaq idi. Çünkü Qurana deyil, hədislərə dayanan bir din tez parçalanar və böyük ixtilaflara meydan açar. Bu saxta hədislər üzündən Quran ayətləri də yanlış yorumlanmaqdadır. Çünkü Quranın açıqlanmasında bu saxta hədislər əsas alınmaqdadır. Məsələn şiə, əhli-beyt təthiri və xumsla ilgili ayətləri Quranın öz açıqlamasına görə deyil, saxta hədislərə görə yorumlamaqdadır. bə´zən hədislər o qədər artmış ki, onların bir qismini nə şiə, nə də sünni qəbul etmişdir. Lakin Əbuubeyd Cərah və Miqdad Əbuzər kimi səhabilərdən nəql edilən hədislər sayqı və ehtiramla qarşılaşmışdır. Örnəyin imam zamanla ilgili uydurulan "imamını tanımayaraq ölən kişi cahilcə ölmüşdür" hədisi saxtadır, əsası yoxdur. Abbasilər iqtidarlarını bərkişdirmələri üçün kəndiləri haqqında bir sürü hədis uydurdular. Guya peyqəmbərə görə, iqtidar onun öz soyu tərəfindən davam etməli imiş. Ya da Hüseyn soyundan imamətin davam etməsiylə bağlı yalan hədislər uydurdular. Yalnız xəvaric Qurana inanaraq və Quran əsasında davranmışdır. Çünkü xəvaric Quranın da israrla qeyd etdiyi kimi xilafəti və yönətimi bir soya deyil, ədalətlə davrana bilən hər kəsə şamil bilməkdədir. Bu şəxsin Qureyşli olmaması bir yana dursun, hətta ərəb olub olmaması da önəmli deyil. Çünkü Quran soya deyil, ədalətə işarə edər. Yalnız xəvaric İslam kitabının mətninə görə bir dünyagörüşü ortaya qoydu.

Hüseynin Kufə əhlinə yazdığı məktubu şiənin yalanlarını ortaya qoyar. Çünkü Hüseyn kufəlilərə yazdığı məktubunda Peyqəmbərin nəvəsi olduğuna işarə etməmişdi. Yəzidə qarşı çıxmasını Peyqəmbər torunu olmasına bağlamamaqdadır. Yalnızca ədalətdən yana olduğunu yazır. Hüseyn Quran əksənli davranırdı və Qurana görə də Peyqəmbər soyundan olmanın heç bir önəmi yoxdur, önəmli olan fərdin təqvasıdır. Yəzidə qarşı çıxmasını Peyqəmbər torunu olmasına bağlamamaqdadır. Sadəcə ədalətdən yana olduğunu yazır. Hüseynin öldürülüşündən sonra ortaya çıxan bütün rəvayətlər yalan və saxtadır. Hüseynin Peyqəmbər torunu olduğundan kəndisini xilafətə layiq görməsi sonradan uydurulmuşdur və bunun Hüseynin dünyagörüşü ilə heç bir bağlantısı yoxdur. Bunları Hüseynin düşmənləri uydurmuşlar. Hüseynin düşmənləri Hüseyni Cəməl savaşında Təlhə və Zübeyrə bənzətmək amacıyla bu yalanları uydurmuşlar. Bir qism də yenə Hüseynin digər düşmənləri sayılan seyyidlər və şiələr tərəfindən uyduruldu. Seyyidlər də kəndi iqtidarlarına tarixi haqlılıq qazandırmaq üçün bu yalan rəvayətləri uydurdular. Seyyidlərin amacı siyasi iqtidarı kəndiləri üçün dədədən qalma miras kimi görmək idi. Hüseyn isə kufəlilərə yazdığı məktubunda Yəzidə qarşı çıxmasını bu şəkildə bəyan etmişdi: "Ey kufəlilər, Peyqəmbər buyurmuşdur ki, kim haramı halal olaraq göstərən bir zalım hakimi görüb səssiz qalarsa, Allahın vacibatını yerinə gətirməmişdir. Bilmiş olun ki, səssiz qalanlar Allahı buraxıb şeytana uymuşlardır." Hüseyn eyni məktubunda iqtidarı soya bağlayan şiənin və digər soycuların fikirlərinin batil olduğunu açıqca bəyan edər. Eyni məktubda Hüseyn davam edər: "Ədalətli və kitaba görə davranan, haqqı uyqulayan hər kəs imamdır." Çünkü Quran "ulul əmri minkum" deyə bəyan edər. Yəni İş bilənlər mənim tərəfimdən bəlirlənməz, sizin içinizdən çıxar. Digər bir yerdə Quran yalnız təqva sahiblərini üstün olaraq nitələr, soy mənsubiyətini deyil.

Soy olaraq Peyqəmbərə dayanmanın Qurana görə heç bir əhəmiyyəti yoxdur, ancaq əxlaq və davranış olaraq Peyqəmbər kimi olanlar Quran tərəfindən övülməkdədir. Quranda keçən "zilqurba", yəni "peyqəmbər yaxınlarına hörmət" da bu anlamdadır. Yəni Qurana görə, Peyqəmbərə yaxınlıq soy birliyi məsələsi deyil, ədalət, əxlaq yaxınlığı məsələsidir. İstər Muhəmmədin, Çingiz Xanın və ya Yaqubun soyuna dayansın İslama görə soy məsələsinin heç bir önəmi və dəyəri yoxdur.  Qədiri-xum macərası da Həsən və Hüseyn soyundan gələn Bənihaşim qəbiləsinin düzməcəsindən başqa bir şey deyildir. "Şeyxi olmayanın şeyxi şeytandır" hədisi də müxtəlif firqələrin meydana çıxması üçün çıxarcılar tərəfindən uydurulmuşdur. Bu hədis bütün məzhəblər və firqələr arasında düşmənlik yaratdı. Hər şeyxin görüşü dini qaynaq olaraq qəbul edilərək, digərini təkfir etdi. Həm şiə, həm də sünnilikdə çoxlu firqələrin ortaya çıxmasına yol açan bu saxta hədis onları bir-birinə qarşı qoydu. Bu bəlaların hamısı saxta hədislərdən qaynaqlanmaqdadır.

Tarixə baxdığımızda Ömərə qədər İslam tarixində bir sorun və qarşıdurmanın olmadığına tanıq olarıq. Çünkü Ömər dönəminə qədər hədis nəql etmək yasaq idi. Lakin Ömər dönəmindən sonra hədis toplama qonusunda əskidən olan ciddiyət zəiflədikdən sonra saxta hədislər üzərinə ixtilaflar da böyüməyə başlayaraq İslami bütünlük parçalanma sürəcinə girdi. Saxta hədislər müsəlmanları bir-birlərinə qarşı qoydu. Bu saxta hədislər ortaya çıxmadan öncə müsəlmanlar Qurana dayanaraq bir-birlərinin yanındaydılar. Saxta hədislər səhabiləri bilə qarşı-qarşıya gətirdi. Bu saxta hədislər dörd xəlifəni və səhabilərdən kimilərini kafir olaraq nitələyirdi. Saxta hədislərə dayanaraq Əbubəkir və Öməri qəsbkar, Osman və Əlini qüsurlu olaraq görmüşlər. Saxta hədislərə dayanaraq bir firqəyə qatılanlar yenə də başqa bir saxta hədislə eyni firqəni İslam düşməni olaraq dəyərləndirirdilər. Saxta hədislərlə firqələrin təşkil edildiyi zaman azadlıq hələ mövcud idi. Can qorxusu olmadan hər kəs firqəsini dəyişdirə bilirdi. Bu saxta hədislər Öməri Fatimənin qatili edəcək düzeydə irəlilədi. Əlini də ömrünün sonuna qədər Öməri lənətləyən şəxs kimi təsvir etdi. Lakin ortada bu soru yanıtsız olaraq qalır ki, nədən Əli öz qızını qadınının qatili olan Ömərlə evləndirdi? Ya da nədən Əli öz sevimli oğullarını Əbubəkir və Ömər adları ilə şərəfləndirdi? Allahın aslanı ləqəbini alan Əli Ömərdən qorxurdumu? Deyəlim ki, Əli Ömərdən qorxaraq qızının onunla evlənməsinə izin vermiş. O zaman nədən Ömərin vəfatından sonra dünyaya gələn oğullarına Ömər və Əbubəkir adları taxmış? Şiələr çarəsizlik üzündən Ömərin Əlinin qızı Gülsümlə evlənməsinə "Gülsüm qəsb edilən əhli-beyt haqlarından idi" kimi komik ifadə ilə bəraət qazandıracaqdılar. Bu ifadələri ilə də Əlini bir qorxaq olaraq tanıtdılar. Qorxusundan qızını xanımının qatili ilə evləndirən Əli! "Bütün dünya üzərimə qılıcla yürüsə zalimdən yana olmaram" söyləyən Əlini şiənin bu biçim qorxaq göstərməsi nə qədər doğru ola bilər? Osmanın üzərinə neçə kərə bağıran Əli oğulunun adını qorxusundan Osman qoymazdı. Əbubəkir və Ömər də onun görüşünü alaraq Əlinin məsələhətlərini digər səhabilərin fikirlərinə yeyləmişlərdi.

Bu hədisləri nəql etməkdən amac səhabilərin bir-birlərinə qarşı sayqılı olduqlarını göstərməkdir. Səhabilər də düşünən insan idilər. Düşündükləri üçün fikir müxtəlifliyindən daha normal bir şey olamaz. Lakin bu fikir ayrılığı seçkin səhabilərin bir-birlərinə qarşı sərt çıxışları anlamında deyildi. Daha sonra müsəlman olanlar səhabilər arasındakı səliqə və görüş ayrılığını düşmənlik düzeyinə yüksəltdilər. Onlar Əbubəkir və Ömər zamanında Mədinədə saxta hədis uyduramayacaqlarını anlamışdılar. Ancaq Osman zamanında ortaya çıxan qətiətsizlik ortamından yararlanaraq Mədinə və Məkkə kimi mərkəzi şəhərlərdən uzaqlaşdılar. İslam ölkələrinin Şərq və Qərb tərəflərinə yayılaraq saxta hədislər düzəldib yayqınlaşdırmaya başladılar. Bilindiyi üzrə Osman zamanında ortaya çıxan fitnələr mərkəzdə deyil, Şərq və Qərbdə meydana gəlmişdi. Din, səhabilərin qalabalıq olaraq yaşadığı mərkəzlərdən uzaqlaşdıqca fərqli içərik qazanaraq hər bölgənin kültür və törələrindən etkilənirdi. Böylə ki, Mədinə müsəlmanları ilə Sasani ölkələrinin müsəlmanları bir-birlərindən fərqlənirdilər. Sasani ölkələrində məcusi və yəhudi baxışlar İslam ilkələrini təhrif edirdilər. Qərbdə də xristianlıq, yəhudilik və nəsturilik inancları İslamı kəndilərinə bənzədirdilər. Bu yeni müsəlman olanlar bir yandan ərəb dilini bilmir, digər yandan da Quranın tərcümə edilməsi gələnəyi hələ başlamadığından hədis nəql edənlərin şifahi olaraq söylədikləri İslam olaraq qəbul edilirdi. Özəlliklə bu hədisbazlar firqə yaratmaq üçün hədis nəql edirdilər. Bu üzdən hədis kitablarında bə´zən hədislərin çoxu tam ziddiyətlidirlər. Böylə ki, bu saxta hədislərə dayanaraq iki bir-birini inkar edən görüşə varmaq mümkündür. Hansısa bir səhabinin kafir və mömin olmasına bu saxta hədislərlə inanmaq mümkündür.

Bu yalançı hədis müsəlmanları ərəb dilini öyrəndikdən sonra Əlinin imaməti ilə ilgili Quranda heç bir ayətin olmadığını gördüklərində Quranın təhrif edildiyini və Əliyə aid ayətlərin oradan çıxarıldığını iddia etdilər. Onlara görə Quran 17, 000 ayətdən ibarət idi. Ayətlərin sayını artırmaqla Əli və oğullarına aid olan ayətlərin Qurandan çıxarıldığını, Quranın bu şəkildə təhrif edildiyini iddia etmək qolay olacaqdı. O zaman "nədən Allah bu mövzunu açıq bir şəkildə bəyan etməmiş? Yüz minlərcə səhabi, Quran katibləri və hafizləri yalançı çıxarkən, hədisbazların haqlı olması necə mümkün ola bilər?" deyə sormaq gərəkir. Böylə anlaşılır ki, heç bir səhabi Əlini sevməmiş və onunla ilgili ayətlərin Qurandan çıxarılmasına göz yummuşdur! Bəlkə Allah da Əli kimi qorxusundan Quranda Əli ilə ilgili ayətləri açıqca yerləşdirməmişdir! Əlinin öz sözləri də xəlifənin Tanrı tərəfindən bəlirlənməsini deyil, xalq tərəfindən seçilməsi gərəkdiyini göstərməkdədir. Əli "Xəlifə olmaq istəmirdim. Sizin israrlarınız üzərinə xəlifə oldum. Sizin görüşünüzü almadan heç bir iş etməyəcəyəm. Sizin mallarınız mənə əmanətdir. Lakin sizin görüşünüz olmadan ondan bir dirhəm də almayacağam" demişdi. Əlinin bu ifadəsi də xəlifənin Tanrı tərəfindən bəlirlənməsini deyil, xalq tərəfindən seçilməsi gərəkdiyini göstərməkdədir. Xalqın seçim iradəsinə qarşı hər tür xəlifə bəlirlənməsi haramdır.

Şiənin tarixində maraqlı olaylar ortaya çıxmışdır. Şiə öncə bu hədisi uydurub sonra rədd etdi. Rədd etməsinin səbəbi var idi. Çünkü Tövrat və İncil kimi Quranın təhrif edilmədiyi görüşü var idi. Şiə çıxmaza girmişdi. Əli ilə bağlı hədisləri qəbul edib və Quranda Əliyə aid ayətlərin təhrif edildiyini qəbul etsəydi, o zaman Quran da bütünüylə Tövrat və İncil kimi təhrif edilmiş vəhylər cərgəsinə girəcəkdi. Lakin Səfəvi dövrünün ən böyük  hədis naqili Məclisi və şiənin dörd kitabının birinin müəllifi olan Şeyx Kuleyni bu hədisləri səhih olaraq qəbul edər və Quranda Əliyə aid açıq və möhkəm ayətlərin təhrif edildiyini savunarlar. Kuleyni bu hədisi Muhəmməd ibni Yəhya Ələttar adı ilə məruf olan Muhəmməd Yəhyadan, o da Nəcaşi Əhməd ibni Muhəmməd İsadan, o da Əli ibni Hekəmdən, o da Hişam ibni Salim, o da Cəfər sadiqdən duyduğunu söylər.

Doğru İslami yolda olduğunu savunan şiilik dini Peyqəmbərin ən yaxın əhli-beytindən öyrəndiyini iddia edər. Əhli-beyt də şiəliyə görə Əli, Peyqəmbərin qızı Fatimə və onlardan törəmələrdir. Peyqəmbərin qadınları əhli-beyt hesab edilmir! Mövzunu çox uzatmaq istəmirəm. İlk hədis ravilərinin yəhudilər və məcusilər olduğu bir gerçəklikdir. İstər şiə, istərsə sünni cəbhəsində olsun hədis raviləri yəhudi və iranlı və iranlı yəhudilər olmuşlar. Bu üzdən farslar İskəndəri nəcis gördükləri kimi, Öməri də nəcis olaraq görərlər. Çünkü hər ikisi də onların dövlətlərini devirmişdi. Şiənin Ömər haqqında rəvayət etdiyi hədislərə baxıldığında insan ilk öncə Peyqəmbərin şəxsiyətinə şübhə ilə yanaşmaq istəyir. Gerçəkdən şiənin dediyi kimi Ömər bu qədər alçaq və nəcismişsə, nədən İslam Peyqəmbəri böylə bir nəcisin qızı ilə evləndi? Nədən Peyqəmbər böylə bir nəcisi ən yaxın və güvəndiyi arxadşlarının içinə aldı?

Diqqət edilərsə, bütün şiə-sünni hədislərinin kökəni Qurana deyil, Tövrata dayanmaqdadır. Tövratdakı 12 şah şiəlikdə 12 imam olaraq keçər. İmamlıq anlayışının kökəni bir yandan da İslam öncəsi Sasani kültürünə dayanmaqdadır. Peyqəmbər soyunun qutsallığı ilə Sasani döllərinin qutsallığı özdeşləşdirilir (eyniləşdirilir). Həm Sasani şahlarının dölləri, həm Əlinin dölləri məsum və lədun* elminə sahibdirlər. Zərdüştlükdə seçkin siniflər qutsal qandan və qutsal döllərdən törəmişlər. Bu biçim törəmə şəkli şiəlikdə öz yansımasını bulmuşdur. İran zərdüştiləri kəndi şahları haqqında aşırı qutsamalara vararlar. Bu aşırılıq 12 imam anlayışına yüklənmişdir. Sasani şahları xəta etmədikləri, yanlış davranmadıqları kimi, 12 imam da xəta etməz, yanlış yapmazmışlar! Zərdüştilikdə yayqın olan bu görüş şiə ideolojisinin doğuşunda çox etkili oldu. Sırf zərdüştilikdən qaynaqlanan səbəblərdən dolayı şiələr də seyyidlərin üstün irqdən olduqlarına inanarlar.

Iranlıların bə´zi səhabiləri lənətləmələri onların maddi-siyasi mənafelərinə xidmət edir və dini həqiqətlə heç bir bağlantısı yox idi. İslamda yeri olmayan "təqiyyə" də bir şiə uydurmasıdır. Hədəfləri şiə görünməkdən çəkinərək bir yerlərə gəlmək və gərəkdiyində də İslama zərbə vurmaq idi.

Muhəmməd və onun səhabiləri dirilsə bilə, bu firqələr arasındakı ixtilafları çözəməzlər. Əbubəkiri, Öməri və Osmanı qəsbkar görərək lənətləyən və Aişəni zina etməkdə suçulayan şiə Əbubəkiri siddiq, Öməri faruq, Osmanı zinnureyn və Aişəni möminlərin anası olaraq görən sünni ilə necə anlaşa bilər?

Bu sualı sormaq gərəkir: Şiənin anlatdığı kimi bu səhabilər bir-birlərinə qarşı bu qədər kin bəsləyirmişlərsə, o zaman nədən bir-birlərinin qızları ilə evlənmişlər? Ya da nədən bir-birlərinin oğullarını evladlıq olaraq görmüş və onlara bu gün lənətlənən səhabilərin adlarını vermişlər? İslamın ilk çağlarından uzaqlaşdıqca bu ixtilafların daha da dərinləşməsinə  və nifrət fışqıran hədislər sayısının artmasına tanıq oluruq. Necə ki, Büveyhlilər və Abbasilər kimi ələvilər daha sonra ortaya çıxan İsmaililər, Fatimilər və Səfəvilərlə qarşılaşdıqlarında daha ılımlı olmuşlar. İlk şiə qruplar xəlifələrə və sünnilərə qarşı ılımlı davranırkən, son şəkillənmə sürəcində şiəlik ilk üç xəlifəyə qarşı nifrət və kin qusmağa başlamışdır. Şiənin ilk dönəm tarixi incələnərsə, bu məsələ aydınlığa qovuşar. Yaqubi və digərləri Əbubəkir və Öməri sayqı ilə anımsamaqla bir yerdə Əlinin və evladlarının da imamlığını qəbul etmişlər!

Ayrıca, şiəliyin şəkillənmə sürəcində "imam" qavramına farscada fərqli anlam yükləmişlər. Örnəyin Əbuhənifə də imami-ə´zəm adlanır. Lakin buradakı imam qavramı şiədəki ilə eyni anlamda deyildir. Ərəb dilində imam öncül və öndər anlamında ikən, fars dilində "imam" Tanrı ilə dirək ilişkidə olan və "təkvin vilayətinə" sahib doğaüstü şəxs kimi tanınır. Təkvin sadəcə Allaha xas ikən şiədə imamlar da bu qüdrətdən bərxurdardırlar.

Səfəvilərdən öncə şiələr sünnilərlə çox da tərs deyildilər. Farslar sayqı duyduqları şəxslər haqqında quluvv (aşırı mədh) etməyə alışmışlar. Kərbəla olayı ilə ilgili iranlıların yazdıqlarına baxılırsa, bu quluvva tanıq olmaq mümkündür. Kərbəla haqqında yazılan fantazi məktublarına baxılırsa, bu sual ortaya çıxır ki, 72 kişidən oluşan Hüseynin adamları bir günün içində necə olmuş da düşmən ordusundan o qədər insan öldürə bilmişlər? İranlılar ta əski çağlardan kəndi böyüklərini məsum və haqlı bilmişlər. Onlar heç bir yanlışlığa yol verməzmişlər! İranlılar kəndi böyüklərini məsum və xətasız olaraq görməyənləri bəri başdan rədd edər, cahil, alçaq, nəcis və abtal olaraq görərdilər. Onların böyüklərini məsum görməyənləri ələşdirməkdə də aşırılığa varardılar. İranlılar həm də qutsal dölə inanardılar. Sırf bu üzdən imamət məsələsi İslam tərəfindən deyil, iranlılar tərəfindən irsiləşdirilmişdir. Əski Sasani kültürü və inanc şəkli imamət adı ilə yenidən şəkillənmişdir. Yəni irsi imamlıq bir İslam olqusu deyil, tam əski Sasani kültürünün yenidən dirilişidir. Bu görüş isna-əşəri, zeydiyə, ismaili, fatimi, nəzari kimi bütün firqələrdə yerləşmişdir. Komik inancları var hamısının və hökümətin ancaq Fatimə soyundan gələnə aid olmasına inanarlar. Başqa birisi nə qədər təqvalı olsa da, Fatimə soyundan olmasa, onun ləyaqətinin anlamı yoxdur! Fatimə soyundan olmayan bütün hökümət qurucuları qəsbkarmışlar. Bu qonuyla ilgili Sasanilərin və yəhudilərin gələnəklərini incələyə bilərsiniz. Sasanilər kəndilərini qutsal dölə, yəhudilər də kəndilərini peyqəmbərlər soyuna bağlarlar.

Şiəliyi araşdırdığınız zaman yəhudiliyin, budismin, Sasani gələnəyinin və zərdüştiliyin ortaq birəşimi kimi meydana çıxdığını görərsiniz. Çünkü şiələr də Sasani gələnəyi kimi, Allaha qul olmaq yerinə, seçkin insanlara qul olarlar. Sasanilər zamanında qutsal döl sayılan şahlara qul olma gələnəyi şiəlikdə yenə də qutsal döl olan imamlara və seyyidlərə qul olma kultuna dönüşdü. Şiəlikdəki Allah yerinə, imam və seyyid adlı bəndəyə qul olma gələnəyi, şahlara qul olmaya alışan iranlılar tərəfindən uydurulmuşdur. Sırf bu üzdən də Allah İblisi uçmaqdan (cənnətdən) uzaqlaşdırdığı kimi şiələri də Ərəb yarımadasında iqtidara gəlməkdən ömürlük olaraq uzaqlaşdırmışdır. Nədən? Çünkü şiələr bir ay bilə olsa höküməti əldə tutsaydılar, Kə´bə yenə də bu dəfə sadat bütlərinin bütxanəsinə dönüşəcəkdi. Örnəyin Kə´bə, İbrahimi olmaq yerinə, Perspolisə bənzəyəcəkdi.

İmamları qutsamaq fars-türk gələnəyindən gəlməkdədir. Farslar səltənət məqamını bir oğuşa (ailəyə), ya da soya verilən Tanrı lütfü olaraq görürdülər. Bu üzdən irsə dayanan imamlıq qurumunu dərhal qəbul edib qutsadılar, çünkü bu, onların tarixsəl sosial psikolojilərinə uyqun idi, qəbullənməsi zorluqla qarşılanmırdı. Türklər də ərəb dilini bilmədikləri və farslarla qonşu olduqları üçün bu İslam anlayışını farslardan aldılar. Onlar da imamları qutsamaqda və məsum görməkdə farslar kimi aşırılığa yuvarlandılar. Hər kültürdə sərvərləşdirmə etmənləri söz qonusu olar. Ərəblər də Muhəmməddən sonra üstün soy olma xülyasına qapıldılar. Ərəb qövmləri arasında Qureyş, Qureyşin alt boyları arasında Bənihaşim boyu və Bənihaşim boyu arasında Muhəmmədə ən yaxın olanlar kəndiləri ilə övünmə psikolojisini gəlişdirdilər. Onlar da kəndi üstünlükləri ilə ilgili digərləri kimi saxta hədislər uydurdular. Bu saxta hədislərə görə xəlifə Qureyş;  Bəniüməyyə, Bənihaşim və bəniəli (Əli oğulları) boylarından olmalı idi! Saxta hədis törədə bilməyən ravilər Abbasilər dönəmində işkəncə edilərək həbsə atıldılar, ya da ev tutsağı yaşamı yaşamaya məcbur edildilər. Diqqətləri çəkən önəmli bir qonu var. Əməvi və Bənihaşim soyundan olan böyük alimlər və bilgə dindarlar bu kimi hədislərə inanmaz və rəvayət etməzdilər. Əməvilərdən Ömər ibni Abduləziz, Müaviyə ibni Yəzid və haşimilərdən Hüseyn və Səccad,... bu örnəklərdəndir. Bu qonuda ərəblər Xums ayətində zilqurba sözünün onları anlatdığını iddia edəcək düzeydə irəli getdilər. Bunun doğruluğunu isbatlamaq üçün hədislər də uydurdular. Böyləcə zəhmətsiz gəlir qaynağı əldə etdilər. Çünkü beşdə bir şiə xalqının malı seyyidlərə aidmiş! Müqəddəs Ərdəbili kimi bə´zi şiə bilgələri qeybət dövründə xumsun alınmasını haram saysa da, kimsə aldırış etmədi. Quranda keçən xums qavramı, hətta saxta seyiidlər üçün də əməksiz gəlir qaynağına dönüşdü. Tarix və Quran üzərinə bilgisi olan hər kəs Muhəmmədin Məkkəni fəth etdikdən sonra əhaliyə xitab etdiyi xutbə haqqında məlumatlı olmalıdır. Peyqəmbər bu xutbəsində İslamdan öncə yayqın olan soyla iftixar etmə duyqusunu Allahın əmri üzərinə ibtal etmişdir. Ayrıca, Quranın Hücərat surəsinin 13-cü ayəti açıqca soyçuluğu məhkum edərək bireyləri təqvalarına görə dəyərləndirər.

Quranda xilafət və ya imamətlə ilgili heç bir bilgi yoxdur. Peyqəmbərin vəfatından sonra Quranda bir əksiklik varmış kimi, bu qonuda saxta hədislər uyduraraq Qurandakı əksik bilgiləri gedərməyə çalışdılar! Örnəyin şiə bu şəkildə bir yalan uydurmuşdur: "İbni-Məsud deyirdi ki, biz "Maidə" surəsinin 67-ci ayətini Peyqəmbər zamanında "Ey Peyqəmbər, sənə nazil olanı duyur və Əlinin möminlərin mövlası olduğunu bildirmiş ol, yoxsa görəvin yarım qalar" şəklində təlavət edirdik." Ayətin əsli isə bu şəkildədir: "Ey peyqəmbər, Rəbbindən sənə endiriləni duyur. Bunu etməzsən, o təqdirdə O'nun sənə göndərdiyini duyurmamış olarsan. Və Allah səni insanlardan qorur. Allah, kafirlər qövmünü hidayətə ərdirməz." Ya da Şiənin uydurduğu "Qədiri-xum" əfsanəsi də bunun bir bənzəridir. Heç bir tarixçinin Qədir-xum olayına işarə etmədiyi və yalnız şiə hədislərində bu əfsanənin yer almasının səbəbi bəllidir. Qədiri-xum adı altında irqçiliyi İslama soxmağa çalışmışlar. Qədiri-xum əfsanəsini də genəldə yenicə müsəlman olmuş farslar uyudurmuşlar. Bu saxta hədisin rəvayətçilərinin çoxu ya iranli yəhudilər, ya da məcusi farslar olmuşlar. Gerçəkdən "Qədiri-xum" adında bir macəra olmuş və Peyqəmbər Əlini varisi seçmişsə, nədən xəlifə seçimindəki Səqifə olayında hətta bir tək səhabi də ona işarə etməmişdir? Əcəba Qədiri-xum olayında Peyqəmbərin yanında bulunan və sayıları 120 min cəvarında olan bütün səhabilərin hamısı, hətta Əbutaliboğlu Əlinin kəndisi də o olayı unudub yalancımı çıxdılar? Əli kəndisi də heç bir yerdə Qədiri-xum olayına işarə edərək xilafətin bu hədisə görə onun haqqı olduğunu bəyan etməmişdir. Lakin Peyqəmbərin vəfatından və İslamın geniş coğrafiyalara yayılmasından sonra milli İslam uydurma fəaliyətləri ortaya çıxmış və bu doğrultuda Sasani qalıqları farslar kəndi milli amaclarına xidmət edən Qədiri-xum adında saxta və heç bir tarixi dayanağı olmayan əfsanə uydurmuşlar. Qədiri-xum hədisinin saxta olmasına heç bir şübhə yoxdur. Çünkü şiəyə görə imamət dinin əsaslarından biridir. Dinin əsasları Quranda açıqca anlatılırkən, nədən imamət haqqında bir tək yerdə də işarə yoxdur? Allah imamət məsələsini açıqca bəyan etməkdənmi qorxmuş?!

İran şiələri İraq və Lübnan şiələri ilə müqayisədə daha çox aşırıcı olmuş, xəlifələrə, Peyqəmbərin eşlərinə və digər səhabilərə saldırmaqda sayqı sınırı tanımamışlar. Belə ki, əzana da Əlinin vilayət məsələsini soxuşdurmuşlar. Hətta bir çox şiə aşırıcılarında Əlini övmənin yanı sıra digər üç xəlifəyə lənət göndərmək ibadət sayılmaqdadır. Ancaq işin ilginc olan tərəfi budur ki, şiənin bütün imamları, o cümlədən imam Hüseyn məktublarında raşidin xəlifələrə rəhmət oxumuşdur. Şeyx Səduq kimi bə´zi şiə alimləri Əlinin vilayəti üzərinə bəyanda bulunanları lənətləmişdir. Çağımız şiələrinin e´tiqadı onların dörd hədis kitabları ilə də uyqun deyildir. Ayrıca, bu dörd şiə hədis kitabları da bir-birləri ilə çəlişməkdədir. Bir kitab digərinə qarşıdır. Şiələrin əqidələri Sasani muğanı (muğları) kültürünün yenidən İslam kültürü içində dirilişidir. Uydurulmuş mətnlərinə çox bağlı olan şiələr bütün elmi və bilgiləri inandıqları on dörd məsumun təkəlində görərlər. Bu üzdən bu çərçivə dışında düşünənləri təkfir edib və edirlər. Hədisin də me´yarı fürqan (doğrunu yanlışdan seçən) olaraq nitələnən Qurandır. Quran məntiqi ilə şiə hədislərini incələrsək, yalnız ikicə kitab toplamaq mümkündür. Çünkü bir çox şiə e´tiqadı Quran mətni ilə tərsdir. Qurana tərs olan şiə e`tiqadından bir qismini bu şəkildə sıralamaq mümkündür: Vüzu (dəstnamaz)dan başlamış, qəbirləri ibadət amacı ilə ziyarətə, imamların, seyyidlərin və onların məzarlarının kəramət sahibi olmalarına, olqunlaşmış hər bir şiənin mal varlığının beşdə birini (xums) seyyidlərə ödəməsinə, peyqəmbərin və imamların qeybi bilmələrinə və ləduni elmə sahib olmalarına, Əlini möminlərin valisi olaraq görmələrinə, Əlinin haqqının öncəki xəlifələr tərəfindən qəsb edilməsinə inanmalarına qədər hamısı Quran mətni ilə tərsdir. Özəlliklə seyyidlərə nəzr ödəmək katolik keşişlərinin cənnət satmalarına bənzəməkdədir.