Biri unitazı dollarla doldurub üstünə.., o biri "Rolex"i çəkiclə əzir...


Digərləri 23 Mar 2019 22:14:00 202 0

Biri unitazı dollarla doldurub üstünə.., o biri "Rolex"i çəkiclə əzir...

Zənginliyi ilə öyünən Rusiya oliqarxının oğlu "təbii ehtiyacını" içərisində 3 000 dolların olduğu əlüzyuyanın çanağına ödəyir. Onun bu səhnənin əks olunduğu çarxı oliqarx törəmələrinin abırsız hoqqaları sırasında sonuncu yeri tutur.

Son.az virtualaz.org-a istinadən bildirir ki, bu çarxı "İnstaqram"da naməlum şəxs yerləşdirib. Onun bloqu Sovet İttifaqının dağılmasından sonra başgicəlləndirici dərəcədə varlanmış böyük işbazların ailələrindən çıxan "qızıl gənclərin" hoqqalarına həsr olunub.

Bir hazırcavabın qeyd etdiyi kimi, "bu majorlar nə başla dostluq edirlər, nə də pulla".

Başqa bir postda Mariya adlı cazibədar qız özünü şəxsi təyyarəsinin yanında göstərir. Bu sözlər ona aiddir: "Sizin illik qazancınız hər gün mənim bank hesabıma axır".

Qeyd edək ki, bu gün Rusiyada orta illik maaş 5 500 funt təşkil edir.

Mariya həmçinin idman avtomobilinin sükanı arxasında "yaxalanıb".

Başqa bir rus zəngin "Rolex"ini ləkəli qaba qoyur, çəkiclə əzir və üstünə süd tökür.

Daha bir zəngin varis, Şimali Qafqazdan olan şirin həyat həvəskarı- Londonda, İsveçrədə və İtaliyada lüks yerlərin daimi müştərisi Dubayda VIP-adamlar üçün klubda görünür.

O, idman avtomobilini "Kristal" şampan şərabı ilə yuyur. Həmin şərab 1876-cı ildə xüsusi olaraq rus çarı III Aleksandr üçün yaradılmış resept üzrə hazırlanır və butulkasının qiyməti 150 funtdur.

Oliqarxın oğlu, hansı ki, haqqında yalnız çarın adaşı olduğu məlumdur, belə deyib: "Üç butulka çatmayacaq!"

Onun, həmçinin qarda "Kristal" butulkaları ilə poza aldığı şəkilləri də var.