DİN əməliyyatların nəticələrini açıqladı


Digərləri 23 Mar 2019 21:43:00 273 0

DİN əməliyyatların nəticələrini açıqladı

Martın 22-dən 23-dək respublikanın daxili işlər orqanları tərəfindən, gün ərzində törədilən 15 cinayətin üstü "isti izlər"lə açılıb.

Daxili İşlər Nazirliyindən Son.az-a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 3 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə, ümumilikdə 20 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 8 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.