Qaraciyər xəstəliklərinin etiologiyası
Digərləri 23 Mar 2019 19:50:00 57 0
Qaraciyərdə zədələnmə törədən etioloji amillərin müxtəlif növləri vardır. Bunlara aiddir: - patogen bakteriyalar (stafilokokklar, streptokokklar, qarın yatalağı çöpləri və s.) - viruslar (infeksion hepatit virusu) - spiroxetlər, parazitlər (exinokokk) - sənaye zəhərləri (karbon xlorid, fosfor, civə və qurğuşun birləşmələri, benzol törəmələri) - toksik xarakterli mübadilə məhsulları - çürümə bakteriyalarının həyat fəaliyyəti məhsulları - bəzi dərman preparatları (barbituratlar, sulfanilamid preparatları və s.) Son.az immunitet.az-a istinadən bildirir ki, qida rejiminin pozulması da qaraciyərin zədələnmə və xəstələnməsinə səbəb olan amillərdən sayılır. Uzun müddət yağlı, kəskin qidalarla qidalanma, spirtli içkilərin qəbulu, zülal çatışmazlığı qaraciyəri xəstələnməsinə səbəb olan amillərdən hesab edilir. Qaraciyər zədələnmələri iltihabi və distrofik patologiyalardan da meydana gələ bilir. Bu proseslər arasında adətən fərq olmur. Yəni eyni zamanda hepatositlər distrofiyaya uğrayır. Xəstəlik törədici amil qaraciyərə müxtəlif yollarla daxil ola bilir. Çox vaxt patogen amil qaraciyərə vena qapısı vasitəsilə daxil olur, bəzi hallarda isə zərərverici amillər limfa vasitəsilə qaraciyərə daxil olur. Qara ciyərin iltihabi xəstəlikəri kəskin və xroniki olmaqla 2 yerə ayrılır. Zədələnmələr qaraciyərdə aşağıdakı xəstəliklərin əmələ gəlməsinə səbəb olur: - kəskin və xroniki hepatit - infeksion hepatit - qaraciyərin distrofik pozulmaları - hepatozlar - piy infiltitasiysı - sirrozlar - qaraciyər çatışmazlığı - kəskin sarı distrofiya - qaraciyət toxumasının autolizi - ağır sarılıq. Son.az
Bu xəbəri də oxu: Bakıda evdən çürümüş meyit tapılıb
20-22 mart tarixlərində Azərbaycanın daxili işlər orqanları tərəfindən

İslam dini yaşayan və düşünən insanlar üçün gəlmişdir. Bu dində bü

Bu ilin fevral ayında Azərbaycanın 105 vətəndaşı Türkiyədə daşınmaz

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov uruqvaylı həmkarı Rodol

Sudanın paytaxtı Hartumda prezident sarayında güclü yanğın olub.

SSRİ-nin dağılmasından sonra 44 milyonluq pravoslav Ukrayna ABŞ və Rusiya

ABŞ-ın ən populyar realiti-şou ulduzlarından biri, pornoqrafik videoları y

Diyetoloqlar 30 yaşdan yuxarı insanlar üçün təhlükəli olan ərzaqların

Sağlam qidalanma və fiziki hərəkət sağlamlığın və uzun ömürün sığ

Yəqin ki, çoxunuz gecənin bir yarısı oyanaraq yuxusuz qalmısınız. Bundan

Evlilik iki vücudun və iki qəlbin birləşməsidir. Bu addımı atıb həyatl

Sudanın paytaxtı Hartumda prezident sarayında güclü yanğın olub

Azərbaycanın dahi şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik y

Hazırda başqa dinləri öyrənmək, onlar haqqında məlumat əldə etmək dü
