Son 3 gündə cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanılıb


Digərləri 23 Mar 2019 19:46:26 180 0

Son 3 gündə cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanılıb

20-22 mart tarixlərində Azərbaycanın daxili işlər orqanları tərəfindən 41 cinayətin üstü “isti izlər”lə açılıb.

Bakı. 20-22 mart tarixlərində Azərbaycanın daxili işlər orqanları tərəfindən 41 cinayətin üstü “isti izlər”lə açılıb. Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 15 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 43 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 2 nəfər, borclu şəxs qismində axtarışda olan 17 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.