Nəsiminin yubileyi ilə bağlı keçirilən rəsm müsabiqəsinin vaxtı uzadılıb


Digərləri 23 Mar 2019 19:13:00 253 0

Nəsiminin yubileyi ilə bağlı keçirilən rəsm müsabiqəsinin vaxtı uzadılıb

Azərbaycanın dahi şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlar arasında keçirilən "Məndə sığar iki cahan" adlı rəsm müsabiqəsinin müddəti mayın 1-dək uzadılıb.

Son.az Trend-ə istinadən bildirir ki, Nəsimi yaradıcılığına həsr olunmuş rəsm əsərlərinin hazırlanması üçün vaxt baxımından daha geniş imkanın yaradılması barədə təkliflər nəzərə alınmaqla müsabiqə müddətinin uzadılması qərara alınıb.

Müsabiqədə iştirak etmək istəyənlər Nəsiminin həyat və yaradıcılığına həsr olunmuş rəsm əsərlərini 19 aprel 2019 tarixədək [email protected] ünvanına göndərə bilərlər. İştirakçıların rəsmləri qəbul olunduqdan sonra nazirliyin (sosial.gov.az) instagram səhifəsində yerləşdiriləcək.