Ərlə arvadın sirrini açmaq


Digərləri 23 Mar 2019 19:15:00 222 0

Ərlə arvadın sirrini açmaq

Evlilik iki vücudun və iki qəlbin birləşməsidir. Bu addımı atıb həyatlarını birləşdirməyə qərar verən insanlar böyük bir məsuliyyəti öz üzərilərinə götürüblər. Bu da onların bir ömür boyu hansı zamanda və hansı şəraitdə olmalarından asılı olmayaraq, Uca Allahın buyurduğu kimi bir-birilərinə qarşı libas, örtük kimi yaxın olmaları deməkdir. Libas vücuda necə ən yaxın olandırsa, eləcə də qadın ərinə və ər də qadınına yaxın olmalıdır. Necə ki, libas insanın bütün gözəlliyini və eyni zamanda qüsurlarını gizləyir, kişi və qadın da bir-birinin özəlliklərini, nöqsanlarını başqalarının bilməsindən qorumalıdır. Bundan başqa, libas vücudu qızmar günəşin yandırıcı, zərərli şüalarından necə müdafiə edirsə, eləcə də onlar bir-birini cəhənnəmin odundan, yandırıcı əzabından qorumalıdır. Uca Allahın buyurduğu kimi "Ey iman gətirənlər! Özünüzü və ailənizi yanacağı insanlar və daşlar olan oddan qoruyun!" ("Təhrim" surəsi, 6).

Demək ki, arvad əri, ər də arvadı üçün cəhənnəmdən qorunmağa qarşı bir sipər rolunu oynamalıdır. Həmçinin, libas insanı cismən soyuqdan qoruduğu kimi, bu cütlük də bir-birini tənhalığın, sevgisizliyin, biganəliyin soyuq nəfəsini hiss etməkdən və depressiyalara düşməkdən qorumalıdır. Çünki hər kəs öz həyat yoldaşını özü ilə bir əmanət olaraq daşıyır.

Son.az muselmanlar.com-a istinadən bildirir ki, ən əsası, libas vücudu gizlədiyi kimi, kişi və qadın da bir-birinin sirlərini qorumalı və başqalarından gizləməlidir.

Demək ki, Uca Allah Quranda ər və arvad haqqında "libas" kəlməsini işlətməklə həm onların bir-birinə ən yaxın kəslər olduğunu bəyan edir, həm də bir-birlərinin nöqsan və eyiblərini insanı istidən, soyuqdan, məhrəm olan gözdən qoruyan, onun ayıblarını örtən, həm də hər zaman zinəti, yaraşığı hesab etdiyi libası kimi ört-basdır etmələrini buyurur. Və əlbəttə ki, ən doğrusunu da Allah bilir.

Peyğəmbər (s) hər kəsi bu əməldən çəkindirib. Bəs Rəsulullahın (s) pislədiyi bu əməlin-qadınla kişinin arasındakı sirri açmağın fəsadları nə ola bilər?

Əvvəla, bütün müsəlmanların, eləcə də, ərlə arvadın sirri bir-birinə əmanətdir. Əmanətə xəyanətsə münafiqliyin əlamətidir. Ərinin sirrini açan qadın və ya xanımının sirrini yayan kişi ona bunu hansı üzlə etiraf edib halallıq istəyə biləcək?

Ümumiyyətlə, halallıq tələb olunan günahları etməzdən öncə mütləq düşünməliyik - halalığı necə alacağam? Axı, bu növ günahlara tövbə belə kifayət etmir. Həm də tövbə bir peşmançılıq əlaməti olmaqla bu günaha bir daha qayıtmamaq deməkdir. Bu isə halallaşmanın məsuliyyətindən bizi xilas etmir.