Paytaxtda bayram konsertləri keçirilir


Digərləri 23 Mar 2019 18:45:00 192 0

Paytaxtda bayram konsertləri keçirilir

Novruz bayramı ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə bayram günləri ərzində paytaxtda müxtəlif kütləvi tədbirlər və konsert proqramları təşkil olunur.

Son.az bildiir ki, İcra Hakimiyyətindən Trend-ə verilən məlumata görə, əvvəlki illərdən fərqli olaraq paytaxtın rayonlarında əsas meydanlardan əlavə olaraq bir çox qəsəbə və yaşayış məntəqələrində, məhəllələrdə də bayram tədbirləri keçirilir.

Paytaxtda təşkil edilmiş Novruz bayramı tədbirləri çərçivəsində mərkəz ərazilərdə keçirilən kütləvi tədbir və konsert proqramları gündəlik davam edir, Bakı şəhərinin rayonlarında isə tədbirlər qrafikə uyğun təşkil edilir.


Xəbərə aid fotolar