ABŞdan İrana ağır zərbə:


Dünya 23 Mar 2019 18:15:00 239 0

ABŞdan İrana ağır zərbə:

ABŞ-ın Maliyyə Nazirliyi İranın Müdafiə Nazirliyinin raket və nüvə proqramı ilə əməkdaşlıq edən 14 İran vətəndaşına və 17 quruma sanksiya tətbiq edib.

Son.az Teleqraf.com-a istinadən bildirir ki, Birləşmiş Ştatların maliyyə naziri Stiven Mnuçin yaydığı bəyanatda bildirib ki, sanksiyaya məruz qalan şəxslər və qurumlar İran Müdafiə Nazirliyinin nəzdində fəaliyyət göstərən Müdafiə İnnovasiya-Araşdırmalar Təşkilatı (Sepənd) ilə əlaqədə olan və onunla əməkdaşlıq edən İran vətəndaşları və qurumlarıdır:

"Birləşmiş Ştatlar istənilən səviyyədə "Sepənd" təşkilatı ilə əlaqədə olan, İran rejiminin müdafiə proqramına dəstək verən bu şəxslər və qurumlara qarşı kəskin addım ataraq, onlara sanksiya qoyub".