Rusiya aviaşirkəti Azərbaycana yeni reyslər açır


Digərləri 23 Mar 2019 15:24:00 206 0

Rusiya aviaşirkəti Azərbaycana yeni reyslər açır

Rusiyanın "ИрАэро" aviaşirkəti Azərbaycandan uçuşların coğrafiyasını genişləndirir.

Son.az bildirir ki, aviaşirkətdən Trend-ə verilən məlumata görə, artıq Bakıdan Orenburq, Yekaterinburq və Çelyabinsk şəhərlərinə müntəzəm reyslər olacaq.

Uçuşlar Rusiya istehsalı olan "Superjet 100" təyyarələri ilə həyata keçiriləcək.

Bakı-Orenburq və Orenburq-Bakı aviareysi aprelin 20-dən başlayacaq. Uçuş iki saat davam edəcək və şənbə günləri həyata keçiriləcək. Biletin qiyməti bir istiqamət üçün 123 avrodan (9 min rubl) başlayacaq.